Şərq müdrikliyini təcəssüm etdirən ibrətlərlə dolu qiymətli bir əsər...
Bu əsərin ərsəyə gəlməsində əməyi olanların ifadəsi ilə desək, bu kitab “zahirən sadə adamları əyləndirmək, daxili mənasına görə isə ağıllı adamları düşündürmək, onlara ibrət olmaq” məqsədilə tərtib edilmişdir.
Nəsihətlərin birbaşa deyil də, dolayı yolla təmsillər üzərindən, yəni müxtəlif heyvanların dili ilə verilməsi isə Şərq ruhunun incəliyindən xəbər verir.
Bu kitabı ilk dəfə 19 il əvvəl həyatdan o qədər də anlayışı olmayan bir uşaq gözü ilə oxumuşdum. Bu illər ərzində əksər rəvayətləri unutmuş olsam da, həmin rəvaytlər vasitəsilə verilmək istənən dərslərin, ibrətlərin həyata baxışımın formalaşmasında nə qədər faydalı olduğunu bu kitabı yenidən, azacıq həyat təcrübəsi olan bir gənc gözü ilə oxuyarkən şahidi oldum.
Hər oxuduğumuzun mənasını dərk edib ondan fayda götürmək diləyilə...