Yalnız mənim bir əziz dostum bizim ailə şənliyində iştirak etməyəcəkdir...Mənim əziz Vitalisim, sizi öz evimdə görsəydim mən necə də xoşbəxt olardım! Bədbəxt, küçələrə atılmış kimsəsiz bir uşaq pis yola düşməmişsə, öz insani sifətlərini itirməmişsə bunun üçün o sizə, sizin timsalınıza borcludur, mənim əziz müəllimim! Mən sizin müqəddəs xatirinizi daima yad edəcəyəm...