Kitablar və Siqaretlər

George Orwell

En Beğenilen Kitablar və Siqaretlər Gönderileri

En Beğenilen Kitablar və Siqaretlər kitaplarını, en beğenilen Kitablar və Siqaretlər sözleri ve alıntılarını, en beğenilen Kitablar və Siqaretlər yazarlarını, en beğenilen Kitablar və Siqaretlər yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Evi bir sığınacaq kimi əlinin altında olan uşaqlar həqiqətən şanslıdır.
139 syf.
·
Puan vermedi
·
12 günde okudu
Kitab Orvelin ən qısa romanlarından biridir. Əslində Orveli 1984 və Heyvanıstan kitabları ilə tanımışam və ondan sonra oxuduğum kitabları mənə həmin kitablar qədər maraqlı gəlməyib. Kitablar və Siqaretlər kitabında öz xatirələrindən yazan yazıcı ciddi məsələlərə və öz təcrübələrinə toxunub. Kitabların alınmadığı bir cəmiyyətdən bəhs edərkən Orvel siqaretlərə pul xərcləyən insanlarln kitab almadığını, kitab rəyçilərinin öz işlərini pul qazanmaq xatirinə etdiklərini, kitab mağazalarında satılmayan kitabların sırf satışı üçün yalanda tərifləndiyini vurğulayır. Müasir dövrün aktual problemlərini bir növ keçmişdə də olduğunu göstərir. Mənim üçün ən maraqlı yeri sonuncu fəsliydi. Təhsil xatirələrini xüsusilə məktəb xatirələrini bölüşdüyü hissə təhsil sektorunun hələ də çox dəyişmədiyini və məcburi xarakter daşıdığını göstərir. İndiki dövrdə olduğu kimi uşaqlar bahalı özəl məktəblərdə oxumaq üçün can atırdılar. Fərqli olaraq zorakılığı göstərən Orvel məncə uzun illər əvvəl gələcəyi görən yazıçılardan biridir. Mütləq oxunmalıdırmı bu kitab? Məncə yox. Çünki çox şey qazandırmadı mənə. Tövsiyyə edirəmmi? Bəli, çünki başqalarının təcrübələrini bölüşdüyü kitablar maraqlı olur.
Kitablar və Siqaretlər
Kitablar və SiqaretlərGeorge Orwell · İdiot Nəşriyyatı · 03,388 okunma
Reklam
Uşağın zəif tərəfi həyata boş bir səhifə ilə başlamasıdır. Yaşadığı cəmiyyəti nə anlayar, nə sorğulayar və saflığına görə digər insanlar alçaldılma hissi bulaşdırıb sirli və bərbad qaydalara qarşı çıxmaqdan qorxudaraq ona təsir göstərərlər.
Sayfa 134Kitabı okudu
Dua kitabları tanırı sevməyinizi və ondan qorxmağınızı deyir. Amma qorxduğunuz birini necə sevə bilərsiniz?
Sayfa 123Kitabı okudu
Adam alitəhsilli insanların təzyiq və zülmlərə qarşı laqeyd yanaşdığını görəndə abırsızlıqlarına, yoxsa gələcəyi görməkdən məhrum olduqlarına qəzəblənəcəyini bilmir.
Dövrümüzrəki hər şey, digər beten yaradıcı insanları olduğu kimi, yazıçını da yuxarıların müəyyənləşdirdiyi mövzular üzərində işləyən və əsla həqiqətlərin hamısını ona göründüyü kimi danışa bilməyən kiçik məmurlara çevirmək üçün əlbir olub.
Reklam
1.000 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.