Əlvida, Silah!

Ernest Hemingway

Sözler ve Alıntılar

Tümünü Gör
Bu metin Azerice dilinden otomatik olarak çevirilmiştir. Orjinali Göster
Bir şeye sahip olmanın tek yolu onu kaybetmektir.
-Əgər siz mənim qədər yaşasanız,çox şeylər sizə qəribə görünəcək. - Siz qocaya oxşamırsınız. -Bədən qocalır. Bəzən mənə elə gəlir ki, barmağım təbaşirin ucu kimi sınıb düşə bilər. Ruh isə qocalmır, müdriklik də artmır. - Siz müdriksiz. - Yox, qocaların müdrikliyi fikri böyük səhvdir. Qocalar müdrik deyillər.Onlar ancaq ehtiyatlıdırlar.
Sayfa 242Kitabı okudu
Reklam
-Sən doğrudanmı yağışdan qorxursan? -Səninlə olanda yox -Nə üçün qorxursan? -Bilmirəm. -Söylə. -Məni məcbur eləmə. -Söylə. -Yox -Söylə -Hə, yaxşı. Yağışdan ona görə qorxuram ki, bəzən mənə elə gəlir ki, yağış yağanda öləcəyəm.
Həyat və ölüm
İndi Ketrin öləcək. Bax, hər şey bununla qurtarır. Ölümlə. Heç bilmirsən ki, bunlar nə üçündür. Bilməyə macal tapmırsan. Səni elə beləcə həyatın burulğanına atırlar və sənə həyatın qaydalarını söyləyirlər, səni qəfil yaxaladıqları elə birinci dəfədə öldürürlər. Ya da Aymo kimi heç bir şeydən ötrü öldürürlər. Ya da Rinaldi kimi sifilis ilə yoluxdururlar. Fəqət gec-tez səni öldürürlər. Buna əmin ola bilərsən. Otur və gözlə, səni də öldürəcəklər.
Sayfa 302Kitabı okudu
-Mən elə zənn edirdim ki, yaşa dolduqca dindar olacağam, amma nədənsə olmadım,-dedi.-Çox təəssüf edirəm. -Siz öləndən sonra yaşamaq istərdinizmi?-soruşdum və o saat başa düşdüm ki, ölümü yada salmaq axmaqlıq oldu. Amma bu söz onu pərt eləmədi. -Baxır necə yaşamaq. Bu həyat çox xoşdur. Mən əbədi yaşamaq istərdim,-o gülümsündü.
Reklam
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.