Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Min Möhtəşəm Günəş

Khaled Hosseini

Min Möhtəşəm Günəş Gönderileri

Min Möhtəşəm Günəş kitaplarını, Min Möhtəşəm Günəş sözleri ve alıntılarını, Min Möhtəşəm Günəş yazarlarını, Min Möhtəşəm Günəş yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Qadını təhsil görməyən cəmiyyət heç bir uğur qazana bilməz. Heç nə əldə eləyə bilməz.
Reklam
Nana bir dəfə demişdi ki, hər bir qar dənəciyi dünyada dərd çəkən bir qadının ahıdır. Bu ahlar göyə qalxıb buluda çevrilir, sonra da beləcə xırda zərrələrə bölünüb yer üzünə qayıdır. “Bizim kimi qadınların çəkdikləri əzabı xatırlatmaq üçün qayıdır,” - Nana deyirdi. “Bax, beləcə, başımıza yağan hər şeyi beləcə səbirlə, dözümlə qarşılayırıq”.
Doğrudanmı, ilk qarın yağması belə sevinc gətirir? Bəs sonra? Yeni fəslin bu təravəti, bu təmizlik, bu paklıq ona görə yağır ki, sonradan ayaqlansın, palçığa, çirkaba bulaşsın, öz ilk füsunkarlığını itirsin?
Həmişəlik yadında saxla, qızım, şimal səmti göstərən kompasın əqrəbi kimi, kişilərin günahkar axtaran barmağı həmişə qadına tuşlanır. Hər şeydə. Heç vaxt yaddan çıxarma.
455 syf.
10/10 puan verdi
·
Beğendi
·
4 günde okudu
"Çərpələng uçuran" romanının müəllifindən növbəti roman. Əfqanısatanda baş vermiş müharibəni ən təsirli şəkildə ifadə etmişdir. Bir çox şəxsin bildiyi müharibənin əslində görünməyən tərəflərini, sadə dillə dünyaya çatdırmaya nail olan yazıçı romanında iki əfqan qadınının itkilərlə dolu talehindən sonra bir-birinə necə dayaq olmasından bəhs olunur.
Min Möhtəşəm Günəş
Min Möhtəşəm GünəşKhaled Hosseini · Qanun Nəşriyyatı · 2013100,5bin okunma
Reklam
— Şimalı göstərən kompas əqrəbi kimi, kişinin şəhadət barmağı həmişə qadını göstərir. Yadda saxla, qızım, günahkar həmişə qadın olur.
Sayfa 398 - Qanun NəşriyyatKitabı okudu
– Həmişəlik yadında saxla, qızım, şimal səmti göstərən kompasın əqrəbi kimi, kişilərin günahkar axtaran barmağı həmişə qadına tuşlanır. Hər şeydə. Heç vaxt yaddan çıxarma.
"Qadını təhsil görməyən cəmiyyət heç bir uğur qazana bilməz".
Sayfa 127 - Qanun NəşriyyatKitabı okudu
Reklam
- Mən heç vaxt evlənməyəcəyəm, - Tariq pıçıldadı. - Mən də... ərə getməyəcəyəm, - Leyla dedi. Amma səsi qırıldı. Ona elə gəldi ki, səsi onu ələ verdi, axı heç belə demək istəmirdi... Ürəyi elə vururdu ki, yerindən çıxacaqdı sanki. Güclə əlavə elədi - heç vaxt.
Qadını təhsil görməyən millət heç bir uğur qazana bilməz
Sayfa 127 - "Əli və Nino" nəşriyyatıKitabı okudu
455 syf.
10/10 puan verdi
·
Beğendi
·
8 günde okudu
Keşke bitmeseydi..
Min möhtəşəm günəş, nə mükəmməl bir əsərsən. İndiyə qədər oxuduğum ən mükəmməl dramatiq bir şah əsər! Bu kövrəldici hekayə o qədər qüsursuz yazılmışdı ki, özümü kitab boyunca əsərin içində buldum. Sanki yaşananları kənardan görürəm, seyr edirəm ki, hissettirir. Bu, yazarın oxuduğum ikinci kitabıdır və məni çox təsirləndirdi.Oxucuların nəzərinə çatdırmaq istədiyim əsas məqam, kitaba əsaslanan teatr səhnəsinin canlandırılmasıdır. Bəlkə də aranızda bu səhnədən xəbərsiz olanlar var sizi bu gözəl tamaşa ilə tanış etmək istəyirəm. Səhnə o qədər mükəmməl hazırlanmışdı ki, bu dərin acı dolu həyat hekayəsini çox gözəl şəkildə tamaşaçılara çatdıra biliblər. İzləmək üçün buradan daxil olub izləyə bilərsiniz youtu.be/XImVhXnIbn4?si=... İkinci hissəsini rəylər bölümündə paylaşacam. Hər birinizə xoş mütaliələr və xoş izləmələr arzulayıram.
Min Möhtəşəm Günəş
Min Möhtəşəm GünəşKhaled Hosseini · Qanun Nəşriyyatı · 2013100,5bin okunma
Çin atasözü :)
"Üç gün aç kalın, bir gün çaysız kalmayın."
Sayfa 273 - Qanun NəşriyyatıKitabı okudu
Gözləməkdən ağır heç nə yoxdu. Əsl izdirabdı.
Qanun NəşriyyatıKitabı okudu
1.500 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.