Maraqlı hadisələrdən biri də məzarlıqda dəfn olunanların qəbir daşlarında peşələri ilə bağlı şəkillər çəkilməsidir.
Uşaq şəkilsiz məzarı görəndə soruşur.
-Baba, bəs bu qəbirdə niyə heç şəkil yoxdur?
- Yəqin, bu, elə adamların qəbridir ki, onların heç bir işi heç kimin yadında qalmayıb. Sadəcə yaşayıblar, ölüblər, vəssalam. Ona görə də camaat bilməyib ki, qəbir daşına nə şəkli çəksinlər.