Mən, sən, o ≠ BİZ

Nicat Həşimzadə

En Eski Mən, sən, o ≠ BİZ Gönderileri

En Eski Mən, sən, o ≠ BİZ kitaplarını, en eski Mən, sən, o ≠ BİZ sözleri ve alıntılarını, en eski Mən, sən, o ≠ BİZ yazarlarını, en eski Mən, sən, o ≠ BİZ yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
...Oblomovu tənbəllikdə günahlandırmaqdan daha çox onu anlamaq lazımdır. Amma yenə də Oblomov kimiləri ittiham etmək lazımdır. Çünki vicdanlı insanların fəaliyyətsiz qalmağa haqları yoxdur, əgər intellektin və vicdanın varsa sən də bir işin qulpundan yapışmalı, cəmiyyət üçün faydalı olmağa çalışmalısan.
Sayfa 38
O işıq ya var, ya da yoxdur və heç vaxt da olmayacaq. Çalışın, qəlbinizdəki o işıq heç zaman sönməsin.
Reklam
Ramiz Rövşən Azərbaycan insanını bizə olduğu kimi təqdim edir: Sən də daşlamağa özgəsini tap Məni ömür boyu daşlayan adam Gilası mürəbbə, quzunu kabab Şairi heykəltək xoşlayan adam.
Əhməd bəy "College de France"dakı müəllimi, professor Renanın "Şərqə getmə, Şərq zalımdır, səni udar, məhv edər" məsləhətinə əməl etmədi. Ernest Renana cavab verdi ki, mən öz vətənimə qayıdacam, burada öyrəndiklərimi orada öz məmləkətimin insanlarına öyrədəcəm. Uğurlu karyeradan imtina edib cəhalət içində boğulan məmləkətə qayıdan, zülmətləri aydınlığa qovuşdurmaq istəyən Əhməd bəy heç şübhəsiz ki, ən yüksək hörmətə, ən ali sözlərə layiqdir. Nə yaxşı ki, Əhməd bəy Ağaoğlu kimi ziyalımız var.
Maraqlı hadisələrdən biri də məzarlıqda dəfn olunanların qəbir daşlarında peşələri ilə bağlı şəkillər çəkilməsidir. Uşaq şəkilsiz məzarı görəndə soruşur. -Baba, bəs bu qəbirdə niyə heç şəkil yoxdur? - Yəqin, bu, elə adamların qəbridir ki, onların heç bir işi heç kimin yadında qalmayıb. Sadəcə yaşayıblar, ölüblər, vəssalam. Ona görə də camaat bilməyib ki, qəbir daşına nə şəkli çəksinlər.
Adəmlə bugünkü insanın fərqi odur ki, biri cənnətdə doğulub, digəri isə cənnəti özü yaratmalıdır.
Reklam
36 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.