Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

"Xan" Xatirə Ədəbiyyatı 6. Kitab

Müşfiqli Günlər

Dilbər Axundzadə

Öne Çıkan Müşfiqli Günlər Gönderileri

Öne Çıkan Müşfiqli Günlər kitaplarını, öne çıkan Müşfiqli Günlər sözleri ve alıntılarını, öne çıkan Müşfiqli Günlər yazarlarını, öne çıkan Müşfiqli Günlər yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
·
Puan vermedi
Kitablar məni təqib edir¿?
Sizə əksər kitabların özünün gəlib məni tapdığı barədə məlumat vermişdim. Bu kitab da istisnalıq təşkil etmədi. Bu incələməmə ilk öncə kitabı hədiyyə edən, adını çəkməyəcəyim şəxsə təşəkkürumü bildirməklə başlamaq istərdim. Təşəkkürlər! Nə qədər müasir dövrdə durğunluq dövrünü yaşadığını düşünsəm də, həqiqətən Azərbaycan ədəbiyyatının mənim
Müşfiqli Günlər
Müşfiqli GünlərDilbər Axundzadə · Xan Nəşriyyatı · 2019284 okunma
"Romeo və Julietta" yoxsa Müşfiq və Dilbər?
Bir qara buludam uca göylərdə Bu şair bəxtimlə bizim ellərdə Sən neçin ağlarsan mən duran yerdə Nərgiz gözlərinin yaşına qurban.
Reklam
- Müşfiq, sən elə hər sözə şeirlə cavab verirsən? - Dilbər, şeir mənim həyatımdır. O, həmişə pərvazlanmaq istəyən bir quşa bənzər. Sən isə bu quşun əbədi qanadısan!
Doğrudan da, qarşılıqlı sevgi səadət üçün bir qapı imiş.
Belə elçilik heyyətinə hansı ailə(qız) yox deyər ahahah
1932- ci ilin aprelində onlar nişanlandılar. Nişanda Hüseyn Cavid həyat yoldaşı Müşgünaz xanımla birgə, Əhməd Cavad həyat yoldaşı Şükriyyə xanımla birgə, həmçinin məşhur müğənni Bülbül də iştirak edirdi. Eyni zamanda dövrün ən gənc şairi və yazıçılarından Səməd Vurğun, Süleyman Rüstəm, Mehdi Hüseyn, Rəsul Rza (Nigar Rəfibəyli ilə birgə) nişana təşrif buyurmuşdular.
Hər şeyi bilmək, hər şeyə yiyələnmək istəyən yeni nəsil özünü oda-közə vururdu.
Reklam
"Mən fiziki əməyi çox sevirəm. Sənə ev işlərində də kömək edərəm."
Mən ki bilməz idim nədir məhəbbət, Bu sirri sən mənə anlatmadınmı?! Dünyaya sığmayan şair könlümü, Köksümdən çıxarıb oynatmadınmı?!
270 syf.
9/10 puan verdi
Axşamınız xeyirli olsun, əziz kitabsevərlər :) İndiyə kimi bacardığım qədər kitab oxumuşam, elə kitablar olub ki, uzun müddət ağlımdan silə bilməmişəm, hadisələr mənə təsir edib. Amma indi əminliklə deyə bilərəm ki, bu kitab məni ən çox incidən kitab oldu... Söz tapa bilmirəm o sevgiyə, söz tapa bilmirəm o hissləri başa salmağa.. Mikayıl Müşfiqin, təəssüflər olsun ki, XX əsrin 30-cu illərində bir çox şair, yazıçı və ictimai xadimlərimiz kimi, məruz qaldığı repressiya haqqında məlumatım var idi. Amma o hissləri, o ayrılığı, işgəncələri təsəvvür belə edə bilmirdim. İnsanın sevdiyini ondan ayırarkən keçirdiyi hissləri başa düşmürdüm.. Kitabda ilk hissədə Mikayıl Müşfiq və Dilbər Axundzadənin sevgilərindən söhbət açılır. Bunu da şəxsən Dilbər xanımın öz xatirələri əsasında oxuyuruq. Orda təsvir etdiyi sevgi indi nadir hallarda təsadüf olunar, nadir hallarda qarşımıza çıxar. İndiyə kimi Mikayıl Müşfiqi bir şair kimi tanıyırdım yalnızca, amma indi onu xeyirxah, gülərüz, mehriban bir insan kimi tanıyıram. Onu mükəmməl bir həyat yoldaşı kimi tanıyıram. Kitabda Dilbər Axundzadənin, Mikayıl Müşfiqin və başqa tanınmışlarımızın şəkilləri də əksini tapır. Beləliklə, o dövrə səyahət edir, ab-havası ilə təmasda oluruq. Şair və yazıçılarımızın da həyatında Müşfiqin obrazını görürük, onunla görüşlərini oxuyuruq. Kitab möhtəşəmdir, oxuyarkən bolluca ağladığım, sevgisinə qibtə etdiyim bir həyat... Şeirlə yuxuya gedib şeirlə gözünü açan Dilbər xanım... Həyat yoldaşı xəstələnəndə ağlayan Mikayıl Müşfiq... Xoş mütaliələr)
Müşfiqli Günlər
Müşfiqli GünlərDilbər Axundzadə · Xan Nəşriyyatı · 2019284 okunma
760 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.