Nami

Banin

Nami Sözleri ve Alıntıları

Nami sözleri ve alıntılarını, Nami kitap alıntılarını, Nami en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Mürəbbiyələrin ədəb-ərkanlı olmağa ixtiyarları çatır, çünki onlar tamam fərqli dünyanın insanlarıdır — xristiandırlar, Allah bilir, kimdilər. Mənim isə fərqli olmağa haqqım çatmır, mən ki müsəlman ana-atanın qızı, “Ailə” ilə eyni irqin övladıyam, başqa cür olmaq cəmiyyətə qarşı təhqirdir.
Yırtıcıların çoxu kimi onlar da mehribanlığı zəiflik, hətta axmaqlıq kimi qəbul edirlər. Və üzüyumşaqlığından sənə daha ağır zərbələr vurmaq üçün istifadə edirlər.
Reklam
Ölməyi hüquqlarını itirməkdən üstün tutardı.
Həyatda təkcə ölümün yeganə dəqiq şey olmağının özü ali istehza idi. Öz istəkləri ilə doğulmayan zavallı bəşər övladlarına qan uddurmaq üçün yaradılmış bu zalım dünya hansı fəndgir Allahın əməyinin bəhrəsidir?
Bəyəm özümü başqalarının yerinə qoyub onların əzablarını hiss etmək gülünc şeydir? Bəs əgər təxəyyül gücüm məni artıq vərdiş etdiyim bu kiçik oyuna məcbur edəcək qədər canlıdırsa, içimdəki mərhəmət hissini necə boğum?
Kədərli olsa da, bir şeyi qeyd edim: yavaş-yavaş yalanlar və riyakarlıqlar mərhələsinə qədəm qoyuram. Heç kəsin xətrinə dəyməmək, ən əsası, söz-söhbət olmasın deyə günüm-güzəranım istər-istəməz hisslərimi gizlətmək, hiylə işlətmək, yalan danışmaqla keçəcək.
Reklam