Nami

Banin

Nami Gönderileri

Nami kitaplarını, Nami sözleri ve alıntılarını, Nami yazarlarını, Nami yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Həyatda təkcə ölümün yeganə dəqiq şey olmağının özü ali istehza idi. Öz istəkləri ilə doğulmayan zavallı bəşər övladlarına qan uddurmaq üçün yaradılmış bu zalım dünya hansı fəndgir Allahın əməyinin bəhrəsidir?
İlk dəfə hiss edirəm ki, həyat xırda şeylərdən ötrü ürəyimizi sıxdığımız, darıxdırıcı, qanqaraldan bir macəra deyil.
Reklam
Yırtıcıların çoxu kimi onlar da mehribanlığı zəiflik, hətta axmaqlıq kimi qəbul edirlər. Və üzüyumşaqlığından sənə daha ağır zərbələr vurmaq üçün istifadə edirlər.
Mürəbbiyələrin ədəb-ərkanlı olmağa ixtiyarları çatır, çünki onlar tamam fərqli dünyanın insanlarıdır — xristiandırlar, Allah bilir, kimdilər. Mənim isə fərqli olmağa haqqım çatmır, mən ki müsəlman ana-atanın qızı, “Ailə” ilə eyni irqin övladıyam, başqa cür olmaq cəmiyyətə qarşı təhqirdir.
Bəyəm özümü başqalarının yerinə qoyub onların əzablarını hiss etmək gülünc şeydir? Bəs əgər təxəyyül gücüm məni artıq vərdiş etdiyim bu kiçik oyuna məcbur edəcək qədər canlıdırsa, içimdəki mərhəmət hissini necə boğum?
Sevinmək əvəzinə, birdən nəyə görəsə, iki ildən bəri vətən uğrunda döyüşənlərin əzablarını, neçə-neçə insanın ölümünü fikirləşirəm. Və ürəyim elə qısılır, gözəl daş-qaşın alov saçan parıltısı gözümə sönük görünür.
Reklam