Naşirin Ölümü

İsa Nəcəfov

Naşirin Ölümü Hakkında

Naşirin Ölümü konusu, istatistikler, fiyatları ve daha fazlası burada.
7/10
2 Kişi
5
Okunma
2
Beğeni
614
Görüntülenme

Hakkında

Siyasi dedektiv janrnda yazılmış bu kitabın əsasını 44808 saylı cinayət işinin materialları təşkil edir. "Naşirin ölümü" adlanan bu romanda sovet imperiyasının süqutu ərəfəsində başlarını itirmiş hakim dairələrin sərsəm vurnuxmaları, həmçinin əllərindən sürüşüb çıxan hakimiyyəti saxlamaq naminə o zamankı SSRİ rəhbərliyinin və xüsusi xidmət orqanlarının istifadə etdikləri çirkin üsullar öz əksini çılpaqlığı ilə tapıb.
Türler:
Tahmini Okuma Süresi: 12 sa. 35 dk.Sayfa Sayısı: 444Basım Tarihi: 2002Yayınevi: Nağıl Evi və Şərq-Qərb Nəşriyyatı
ISBN: 9785565003385Ülke: AzerbaijanDil: AzericeFormat: Karton kapak
Reklam

Yazar Hakkında

İsa Nəcəfov
İsa NəcəfovYazar · 1 kitap
İsa Nəcəfov 28 mart 1952-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Oğlanqala kəndində anadan olub. 1970-1972-ci illərdə Sovet Ordusunda hərbi xidmətdən keçib. 1979-cu ildə Azərbaycan Dovlət Universitetinin hüquq fakültəsini bitirib. Əmək fəaliyyətinə 1979-cu ildən başlayan İsa Nəcəfov, həmin ildən 1993-cü ilədək Azərbaycan Respublikası Prokurorluq orqanlarında müstəntiq, mühüm işlər üzrə müstəntiq, prokuror köməkçisi, şöbə prokuroru, idarə prokuroru vəzifələrində İşləyib. 1993-cü ildən 1995-ci ilədək Naxçıvan Muxtar Respublikasının Prokuroru, 1995-ci ildən 2000-ci ilədək Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini vəzifələrində işləyib. 22 mart 2002-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin Qərarı ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilmişdir. 06 aprel 2012-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin Qərarı ilə yenidən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilmişdir. İki kitab müəllifidir. Yaxın Şərqin və Yunanıstanın tanınmış filosofları: M.T.Siseronun, Platonun, Ə.H.Qəzzalinin, Eynəlgüzad Həmadinin, Əl- Fərabinin, Mənsur Həllacın, Sərrac Tusinin, Əl- Kindinin, İbn-Sinanın və b. ərəb, fars, yunan və rus dilində olan əsərlərinin azərbaycan dilinə tərcümə və nəşr olunmasını təşkil etmişdir. Ailəlidir, iki övladı var. 10 iyul 2018-ci ildə Azərbaycan Respublikasının məhkəmə hakimiyyəti orqanlarında səmərəli fəaliyyətinə görə "Əməkdar hüquqşünas" fəxri adına layiq görülmüşdür.