Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Kitablar kitabı

Nefes

Ramiz Rövşən

Nefes Sözleri ve Alıntıları

Nefes sözleri ve alıntılarını, Nefes kitap alıntılarını, Nefes en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Yenə bu şəhərdə üz-üzə gəldik, Neyləyək, ayrıca şəhərimiz yox. Bəlkə də, biz xoşbəxt ola bilərdik, Bəlkə də, xoşbəxtik, xəbərimiz yox... Aradan nə qədər il keçib görən, - Tanıya bilmədim, məni bağışla. Mən elə bilirdim sənsiz ölərəm, Mən sənsiz ölmədim, məni bağışla...
Sayfa 61
Bu dünyada, bəlkə sənə ən çox ağlayan Ən çox ağlatdığın qadın olacaq...
Reklam
Hara atım bu kədəri? Yox hesabı, yox qədəri, Görünür məndən ötəri Hardasa ölüm darıxır...
“KİM DEYİR YUXUDA ÖLMƏK ASANDIR”
Deyirlər, yuxuda ölmək asandı... Özün də bilmirsən necə ölürsən. Səhər tezdən eşidirsən əzandı, Yuxudaca kirimişcə ölürsən. Bir göz qırpımında qurtulur canın, Ruhun bədənindən uçur quş kimi . Əlində qalmırsan dərdin, dərmanın,
Yenə bu şəhərdə üz-üzə gəldik, Neylǝyǝk, ayrıca şəhərimiz yox. Bəlkə də, biz xoşbəxt ola bilərdik, Bəlkə də, xoşbəxtik, xəbərimiz yox. Aradan nə qədər il keçib görən, - Tanıya bilmədim, məni bağışla. Mən elə bilirdim, sənsiz ölərəm, Mən sənsiz ölmədim,məni bağışla! "Ölmədim" deyirəm, nə bilim axı, - Bəlkə də, mən sənsiz ölmüşəm elə, Qəbirsiz-kəfənsiz ölmüşəm elə.
O gecə gen dünya mənə darıydı, Ürəyim sinəmi sancan arıydı, Yaxşı ki, ulduzlu göylər varıydı, Ulduzlu göylərin altından keçdim.
Sayfa 219
Reklam
Yenə bu şəhərdə üz-üzə gəldik, Neylǝyǝk, ayrıca şəhərimiz yox. Bəlkə də, biz xoşbəxt ola bilərdik, Bəlkə də, xoşbəxtik, xəbərimiz yox. Aradan nə qədər il keçib görən, - Tanıya bilmədim, məni bağışla. Mən elə bilirdim, sənsiz ölərəm, Mən sənsiz ölmədim,məni bağışla! "Ölmədim" deyirəm, nə bilim axı, - Bəlkə də, mən sənsiz ölmüşəm elə, Qəbirsiz-kəfənsiz ölmüşəm elə...
Bulud kimi ölmək - Bir yaz yağışında. Ümid kimi ölmək - Bir qız baxışında. Bir yel qanadında Yarpaq kimi ölmək. Bir qəbir altında Torpaq kimi ölmək. Bir gül kimi ölmək - Bir güldan içində. Bülbül kimi ölmək - Bir hicran içində. Bir səs kimi ölmək - Bir kar qulağında. Bir söz kimi ölmək - Bir lal dodağında. Gündən-günə ölmək, Dönə-dönə ölmək, Öldükcə dirilmək, Sonra yenə ölmək
kaşki
"Bir səhər yuxudan durub Özünü uşaq görəsən. Görəsən hamı evdədi, Ölənləri sağ görəsən..."
707 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.