OdƏrlər

Şəmil Sadiq

OdƏrlər Gönderileri

OdƏrlər kitaplarını, OdƏrlər sözleri ve alıntılarını, OdƏrlər yazarlarını, OdƏrlər yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
224 syf.
·
Puan vermedi
Ölüm var ki, həyat qədər dəyərli..
Qarabağ münaqişəsinə həsr olunmuş ilk böyük əsərlərdəndir. Hansı ki, hələ torpaqlar alınmamışdan əvvəl(2012-ci ildə yazılıb) bütün bu günləri ön görmüş, Şuşa əməliyyatı barədə belə məlumatlarla dolu bir kitab. Kitab tam olaraq vətənpərvərlik, din, mif və s. mövzudadır deyə dəyərləndirməyimiz yalnış olardı. Sözdə yox, əsl humanizimlik bəxş edilən və əslində insanları tək birləşdirənin amal olduğunu göz önünə sərən kitabdır. Bir çox maraqlı nüanslara toxunulmuşdur. Din barəsində də özünəməxsus düşüncələrini paylaşmışdır yazar. Həmçinin, Dədə Qorqud, misri qılınc və başqa dinlərlə bağlılıq, ən çox maraq etdiyim məqamlardan biri də beş guşəli ulduz oldu. Heç bir fanatiklik etmədən toxunduğu mövzularda dəyərli izlər buraxmışdır yazar. Şəxsən yazarla tanış olub, bu kitab barəsində olan düşüncələrini eşitmək şansı da qazandım. Əziz dostu İsa Muğanna yazara dediyinə görə o özü yazmayıb, yazdırıblar. Məncə, doğru adlandırmadır. Kotabı oxuduqca bu cümləyə sizlər də haqq qazandıracaqsınız. Hər kəsin oxumağını tövsiyə edirəm. Kitab 5 kəfiyyatçının(Ulu Şaman adlı gizli təşkilat) həyatı, mübarizəsi, eşqi- ümumən hər kəsin içindən birini tapa biləcəyi nadir əsərlərdəndir. Və Dədə Əfəndinin nəsihətləri. Başqa bir pəncərədən baxmaq şansı qazanacaqsınız. Xoş mütaliələr.
OdƏrlər
OdƏrlərŞəmil Sadiq · Hədəf nəşriyyatı · 201727 okunma
Mən dünyanı dərk etməkdə yola çıxan, hər şeyə şübhə ilə baxan bir insanam. Beyin pəncərələri bütün fikirlərə açıq olan bir adam.
Reklam
Ona qəlbini sadəcə onun gözəl olmasına görə verməmişdi. Onun ruhunu sevmişdi...
Ürəyindəki sevgi işığından yapış və dünyanı hərəkətə gətirib mehvərindən çıxaracaq qədər silkələ.
Çabuk böyü, çabuk yetiş tez, oğlum, Düşmən gəzən Qarabağda gəz, oğlum, Dostun kim, düşmənin kim sez, oğlum, Vətəninə göz dikəni əz, oğlum, Tarixini şərəfinlə, şərəfinlə yaz, oğlum!
Reklam
54 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.