Ona Gönderileri

Ona kitaplarını, Ona sözleri ve alıntılarını, Ona yazarlarını, Ona yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
236 syf.
7/10 puan verdi
·
Beğendi
Bu kitabı oxuduqdan sonra köhnə hislər, düşüncələr gəldi gözümün önünə. Səhər tezdən evdən qaça-qaça çıxıb universitetə getməyim... Elmlər akademiyasının ətrafında çiçək açan ağaclar... Cins pencəyim və qara çantam :)... Mühazirə otağına iki dəqiqə gecikəndə müəllimin hər sözünə rəğmən “qb” almamaq üçün keçib sakitcə oturduğum o dərs... Bu kitabla tanışlığım III kursda anasını çox kiçik yaşlarında itirmiş bir bəy tanışım sayəsində oldu. Kitabı səhər 11-də mənə verən bu tanışım günorta 3-də aldı məndən. Və nəticədə mən sadəcə bir neçə səhifə oxuya bildim. Amma ona heç vaxt küsmədim. Səbəb isə kitabı məndən alışında kiçik bir uşaq həvəsinin və gözlərində “o” parıltının olmasıdır. “Mən aşiq oldum”-dedi və davam etdi “Şeyyy... O bu kitabı istəyir”. Sadəcə gülümsədim və kitabı uzatdım. Ona heç vaxt küsmədim ;) Sonra uzun illər “Oxuyacam!” desəm də növbə çatmadı. İllər sonra isə kitabı tapmaq çox çətin başa gəldi. Bəs dəyərdimi?-Dəyərdi. Kitab Əziz Yaqubzadənin “Ona”sıdır. Düşündüyümün əksinə kitab sadəcə romantik hislərdən deyil, hər sevginin ağrı-acısı olduğu qədər, onların bir gün bitəcəyindən bəhs edir. Çox təfərrüata girməyəcəm özünüz oxuyun deyə) 🪻Sonda isə “Məmnun oldum, @azizyaqubzade ”
Əziz Yaqubzadə
Əziz Yaqubzadə
Ona
OnaƏziz Yaqubzadə · Xan Nəşriyyatı · 201583 okunma
Reklam
Kimsə nə isə bir şey deyəndə əgər onun fikrini dəstəkləyənlər çox olursa ,biz əksini düşünməyimizə baxmayaraq ,tez keçirik onun tərəfinə .Bu bir növ ağlımıza xəyanət etmək deməkdir . Bəlkə də bir növ kompleks məsələsidir .Qorxuruq ki biz o dəstəklənən fikrin əksini desək,bizi daş-qalaq edərlər ,fikrimizə hörmətlə yanaşmazlar .Amma düşünmürük ki,biz öz fikrimizi cəmiyyətə aşılamaqla o dəstəyin hətta iki qatını görə bilərik .
Bir qadın sev..Makiyajla bəzənməyi deyil, kitab rəfini kitablarıyla bəzəməyi sevən, qızıl qiymətinə olan ətirlərlə deyil, qızıldan da dəyərli Cavid, Müşfiq, Dilbazi şeirləri qoxan.Ən şirin halları küsəndə dodaq büzmək, kitab oxuyarkən qaşlarını çatmaq olan. Səni dinləyəndə təbəssüm edərək dodaq qaçırdan, anlamayanda isə anlamsızca məsum-məsum üzünə baxan. Bir qadın sev... Çobanyastığı çələngləri belə saçlarının üstündə solğun görünən, dodaqları yanaqlarına toxunanda bütün dərd-sərini söküb aparan, əlləri yarana dəysə məlhəm olan.Gülüşünə dünyanın bütün xoşbəxtliklərini sığdıran Bir qadın sev...
110 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.