Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Qanlı Sənələr

Məmməd Səid Ordubadi

Öne Çıkan Qanlı Sənələr Gönderileri

Öne Çıkan Qanlı Sənələr kitaplarını, öne çıkan Qanlı Sənələr sözleri ve alıntılarını, öne çıkan Qanlı Sənələr yazarlarını, öne çıkan Qanlı Sənələr yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
192 syf.
9/10 puan verdi
·
Beğendi
·
23 günde okudu
Salam. Bu dəfə bir az gec olsa da, milli ədəbiyyatımızın məhsulu olan “Qanlı Sənələr” əsəri haqqında fikirlərimi bölüşmək istəyirəm. “Qanlı Sənələr” Məmməd Səid Ordubadinin sayılan, seçilən əsərlərindən biridir. Mövzunun məğzi, erməni-müsəlman münasibətlərinin dəhşətli tərəfləri, onların törətdikləri ağır cinayətlərdir, hansı ki tarixi faktlara əsaslanaraq yazılıb. Hətta kitab bir müddət qadağan belə olunmuşdur. 1905-ci ildə baş vermiş erməni-müsəlman qırğını tarixin qanlı səhifələrinə həkk olunub. Bu əsərdə onlar Qafqazda yaşayan müsəlmanlar arasında parçalanma salmağa çalışıblar və bundan ötrü inanılmaz dəhşətlər, cinayətlər törədiblər. Məmməd Səid Ordubadi bu əsəri ərsəyə gətirmək üçün hadisələrin canlı şahidlərindən aldığı məktublardan, faktlardan istifadə etmişdir. Hər şeyi olduğu kimi sübutlarla qələmə alan yazıçı qeyd edir ki, şəhərlər, rayonlar yandırılır, talan edilir, insanlar öldürülür və bu fəlakətlərə yuxarı qurumlar səsini çıxartmır. O, Dəhşətli Bakı qırğınını, Gəncə hadisələrini, Şuşa dəhşətlərini və bir çox şəhərlərdə törədilən cinayətləri təfsilatı ilə oxucuya çatdırmağa çalışıb. Bütün bunları oxuduqca yaxın keçmişdə baş verən Gəncə, Bərdə hadisələri gözümdə canlandı. Onların çirkin məqsədlərinin hüdudlarının dəyişmədiyinə bir daha şahid oldum. Mütləq oxunulacaq kitablardandır. Oxuyun və unutmayın! Xoş oxumalar
Qanlı Sənələr
Qanlı SənələrMəmməd Səid Ordubadi · Əli və Nino Nəşriyyatı və Qanun Nəşriyyatı · 201935 okunma
Ermənilər isə zahirən sülh tərəfdarı olsalar da, gizlində paçka ilə tüfəng və sair hərbi silah tədarük edirdilər.
Reklam
192 syf.
·
Puan vermedi
1905-6 erməni - müsəlman davasından bəhs edən kitabı yazıçı 1908-də yazıb bitirir. Bitirdikdən sonra “Tazə Həyat” qəzeti vasitəsilə xalqa müraciət edilir və Bakı milyonçusu olan Murtuza Muxtarovun maliyyə dəstəyi hesabına 1911-ci ildə Haşım Bəy Vəzirovun “ Səda” mətbəəsində ilk dəfə ərəb əlifbası ilə nəşr olunur . Kitab 1905-1906-da baş verən
Qanlı Sənələr
Qanlı SənələrMəmməd Səid Ordubadi · Əli və Nino Nəşriyyatı və Qanun Nəşriyyatı · 201935 okunma
Ordumuz tərəfindən 16 oktyabr 2020 tarixində azad edilən Xırmancıq kəndi
Xırmancıq kəndi 4 tərəfdən maneəli və keçilməz dağlarla əhatə olunduğundan bu kəndi almaq üçün , heç olmasa 10 min qoşun və 1-2 ay mühasirə tədarükü olmalı idi.
Bəşər tarixinə nəzər salsaq görərik ki, indiyə qədər heç bir xalq qadın tayfasına bu qədər cəfa etməmişdir ki, ermənilər Ümidli camaatına etdilər. Bir ananın qabağında üç-dörd balasını qurban edib, balalar əl-ayaq çaldıqda ananı gözləri yaş ilə dolu bir halda bihörmət etmək insafdırmı?! 26 dekabr 1905 - Ümidli faciəsi
- Bizim şəriətdə müdafiə məsələsi vacibdir. Ona görə də qorxunu, ağciyərliyi qəlbinizə qoymayasınız. Qorxu-ürkü millət və vətən fədakarlığı qarşısında qəbahətli və rəva görülməyən hərəkətlərdəndir. Ona görə qorxu və ürküyə qəlbimizdə yer olmamalıdır. Qorxu insaniyyət və islamiyyətə ziddir. Düşmən xəncərindən qorxan gözümüz - ölümü, əziz saxladığımız dövlət və sərvətimiz - talanı, hifzinə çalışmadığımız hərəmlər - bacılarımız əsarət və təhqir görəcəklər. Ölmək və qəbirə getmək (yataqda, biyabanda, dəryada), yainki düşmən xəncərinin altında da olsa birdir. Orası aydındır ki, ölüm birdəfəlikdir. Bizim bu müharibədə müzəffər olduğumuz, biləks qan çalalarına qərq olduğumuz, əlbət ki, tarix səhifələrinə düzülüb millətin istiqbalına və vətən övladına yadigar qalacaqdır… 1905 - Xırmancıq müharibəsi
Sayfa 66 - Böyük KomandanKitabı okudu
Reklam
“Digər tərəfdən heyvan bağırtısından başqa bir səs eşitməyən balalar, xırda çocuqlar müharibənin ən şiddətli vaxtında düşmən mövqelərindən çalınan şeypurların ürək parçalayan sədasından validələrinin məməsindən dartınıb beşiklərindən qiyamət gününü xatırladan bir səda ilə aləmi doldururdular. Yağmur kimi hər iki tərəfdən açılan güllələrin şırıltısından, hərbi musiqinin canalan sədasından köylərin çocuqları və heyvanatı bir-birinə dəymişdi, sanki bu zavallı köylərdə İsrafil şeypuru çalınmış kimi insanlar bir-birinə qarışmışdılar..”
Hürriyyətin, o qeyrət mücəssəməsinin Kərbəla meydanında olan fədakarlığı həqiqətin gözünü pərdələməyib Yezid vələd-əz-zinayə beyət əli uzatmaqdan ötrü deyil idi? Bəli, itaət etməyib övlad və pak adamlarına əsarət rəva görən yalnız o həzrətdir. Amma biz ilə o həzrətin böyük bir təfavütü vardır. O isə budur: O həzrətin bacıları, hərəmləri, qızları peyğəmbər nəvəsi Əli ibn Əbu Talib gəlinləri olduqlarından Yezid qoşununda o cürət olmazdı ki, təhqirlə onlara əl uzatsınlar. Amma bilərsiniz, qardaşlar, hərəmləriniz erməni əlinə düşsə, nə olar?!
- Budur neçə ildir ki, biz Qafqaz camaatı bir qəribə vəziyyətə düşmüşük ki, bir dəstə hamını qorxu altında saxlayıb. Heç kəsə fürsət vermirlər ki, nə öz fikrini, nə də öz işlərini, necə ki, lazımdır izhar etsinlər. Camaat işinə müdaxilə edən şəxslər və qulluqçular həmişə qorxu içərisindədirlər. Əgər bir kəs cürət edib öz fikrini açıq-açığa danışsa və yainki bir qulluqçu cürət edib öz insafına görə iş görsə, həmən saat möhürlü kağızlar gəlib, qətl fərmanı yetişər. Belə dolanmaq olmaz! Buna bir axır qoymaq gərəkdir.
Əhməd bəy AğayevKitabı okudu
Fəzl və bacarığına əlavə edilən alicənablığı, millətpərvərliyi, rəhmdilliyi Məhəmmədqulu bəyin adını hər kəsin ürəyində həkk etdirdi. Bir çox vəkillər kimi pula, dövlətə əsla tamah etməyib, özü mənən və cismən nəcib və nəcibzadə olduğunu büruzə verirdi… Könlü tox, niyyəti ali, ümidi böyük, fikri geniş idi.
Şəhid Məhəmmədqulu bəy Kəngərlinin tərcümeyi-halı.Kitabı okudu
Reklam
Bəli! Sülh vaxtı sülh etmək, müharibə vaxtı mərdanəlik göstərmək lazımdır. İndi görürsünüz ermənilər bizim nə qədər kəndlərimizi dağıdıb, gəlin-qızlarımızı əsarətə alıb, olmazın təhqirlərə düçar və mübtəla etmişlər. Ancaq heç vaxt darıxmayın! Bu əsarət, bu təhqir sizə çox acı olsa da, darıxmayın! Hamınız eşidəsiniz ki, Kərbəla meydanında Hüseyn ibn Əli Əleyhüssəlam bir ovuc yaxın adamları ilə Yezidin (lənətullah) yüz minlərcə cani dəstələrinə qabaq-qarşı durmuşdu.
Bunu - xalqın qəlbinə müsibət dağı kimi çəkən belə bir vəziyyəti bizim tariximiz heç vaxt gizlətməyəcəkdir. Yazıb, tarix edib, millətin gələcəyi üçün bir vətən və millət, həm də bir məzlumiyyət yadigaranəsi kimi qoyacaqdır. Əvət, qoyacaqdır.
Tarix eynilə təkrar olunur. Tarixin dərslərindən düzgün nəticə çıxarmayanda isə, tarix onu yaşayanlarla sərt danışır. Tarix heç bir saxtakarlığı sevmir.
Sayfa 8 - MüqəddimatKitabı okudu
Bizim bu müharibədə müzəffər olduğumuz, biləks qan çalarlarına qərq olduğumuz, əlbət ki, tarix səhifələrinə düzülüb millətin istiqbalına və vətən övladlarına yadigar qalacaqdır. Bizim Xırmancıq daşlarına çilənən qeyrət qanımız heç zaman silinməyəcəkdir. Bizim islamiyyət adını daimi yaşatmaq üçün şəhid olduğumuzu övladlarımıza göstərəcəkdir. Ar olsun o əsgərə ki, düşmən xəncərini arxasından qəbul edə. Müharibədə insafınızı itirməyib silah işlətməyən körpələrə, qoca kişilərə rəhm ediniz!
39 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.