Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Qılınc və Qələm

Məmməd Səid Ordubadi

Qılınc və Qələm Sözleri ve Alıntıları

Qılınc və Qələm sözleri ve alıntılarını, Qılınc və Qələm kitap alıntılarını, Qılınc və Qələm en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Qocalara keçmişləri, gənclərə isə gələcəyi üçün qiymət verilsəydi, hər kəs öz əməyinin qədərincə mükafat alardı.
"Mən özüm də müsəlmanam, lakin bunu deməliyəm ki, ərəblər bizə yalnız din gətirdilər, mədəniyyət gətirmədilər."
Reklam
"Sülh müqavilələrinin gücü qılıncların itilənməsi qurtarana qədərdir."
"Sevgini qəlbə aşılayan gözlərdir.Gözlər bəzən qəlbi aldada bilər."
Lakin biliksiz və siyasi düşüncəsi olmayan adamların silahları da qələbə qazana bilməz. Qəhrəmanlq yalnız silah deyil, bilik də tələb edir.
Hamıya istiqanlı, özünə soyuqqanlı olan "Xalqım"
Qızıl Arslan Qəzvin xalqının "Ya Hüseyn!"qışqırığını görüncə, yavaşdan Nizamiyə müraciət edib dedi:"Azərbaycan xalqının "Hüseyn təziyəsi" yerinə Babəkin öldürüldüyünü matəm etdiklərini görsəydim, o zaman özümün həqiqi azərbaycanlı olduğumla fəxr edərdim."
Reklam
Bir xalqı məhv etmək istəyirsənsə,onun əlindən üç şeyi al: dilini, şeirini, musiqisini.
Hökümət qanunları
Bəşəriyyəti idarə edən ancaq tərbiyədir. Bəlamız burasındadır ki, hökümət qanunları tərtib olunduğu zaman, xalqın tərbiyə və səadəti nəzərə alınmamışdır. Bu qanunlar yalnız bir miqdar idarəedici xalqın səadətini düşünərək tərtib olunmuşdur. Sən bu xalqa diqqət ver, bunların hazırkı həyatını başqa bir kəndin xalqı üçün də qurmaq mümkündür. Lakin qoymazlar. Bu həyat və quruluş idarəedici adamlar üçün əlverişli deyildir.
Reklam
"Bir xalqın dəyərini ancaq onun şeir və ədəbiyyatının dəyəri ilə müqayisə etmək və ölçmək olar."
İnsan dünyanı öyrənir, alim ikən savadsız olur. Hökmdarlar danışdığı zaman həqiqəti deyil, məkan və zamanı nəzərə alırlar. Padşahın vicdanına inanma, o, sənin köməyinlə əldə etdiyi silahını sənin öz başında da imtahan edə bilər. Padşahın dilindən tez-tez eşitdiyimiz vicdan və sadəqət kəlmələri də insan qəlbini şikar etmək üçün bir tələ vəzifəsini icra edir. İnsanların bədbəxtliyi burasındadır ki, onlar bir-birini öyrəndikləri zaman onların qəlbindəki xain məqsədləri oxuya bilmirlər. Onlar lisanın quraşdırdığı asimani kəlmələrə aldanırlar. Milyonları bir nəfər padşaha baş əydirən səbəb bir olsaydı, onunla mübarizə aparmaq o qədər də çətin olmazdı. Lakin padşahın mövqeyini möhkəm edən səbəblərin sayı onun icra etdiyi haqsızlığın sayından daha artıqdır. Padşah acizləri əsirlikdə saxlamaq üçün qüvvətlilərdən özü üçün bir yaltaq ordusu düzəltmişdir. Avamlar, düşüncəsizlər, mövhumatçılar padşahlıq kəlməsinin ilahi bir kəlmə görünməsi yolunda böyük bir vəzifə bitirirlər.
Xalqın borcunu verməyənlər Allahın borcunu verməyə hazırlaşırdılar.
-Demək ki, sən peyğəmbərsən? - Xeyr, peyğəmbər yaradılmışdır, mənsə yaradıram. - Elə isə,Allahmısan? - Bəli,mən Allaham, lakin mən varlığından uca düşünən insanları yox,hər şeydən uca duran şeir və ədəbiyyatı yaradıram.
372 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.