Qırmızı Yaylıqlı Qovağım Mənim

Cengiz Aytmatov

En Eski Qırmızı Yaylıqlı Qovağım Mənim Yorumları ve İncelemeleri

En Eski Qırmızı Yaylıqlı Qovağım Mənim sözleri ve alıntılarını, en eski Qırmızı Yaylıqlı Qovağım Mənim kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.

Puan

8.810 üzerinden
2.658 Kişi · 541 İnceleme
204 syf.
·
Puan vermedi
·
4 günde okudu
Aytmatov çox nadir yazarlardandır ki, hər kitabı bizim ailə rəfində iki dənədir. İçindəki sonuncu İlk müəllim hekayəsini daha əvvəl 3 dəfə oxumuşdum. Oxuduğum ən yaxşı və incə hekayələrdən biridir. Hələ də oxumayan varsa gecikir
Qırmızı Yaylıqlı Qovağım Mənim
Qırmızı Yaylıqlı Qovağım MənimCengiz Aytmatov · Teas Press Nəşriyyatı · 201911 okunma
204 syf.
·
Puan vermedi
Çingiz Aytmatov 60-cı illərin ən gözəl sevgi povestlərindən birini yazıb - "Qırmızı yaylıqlı qovağım mənim". Oxuduqca insanın içini isidir, arada kövrəldir. Qısa olmasına rəğmən sanki bitdikdən sonra da oxuyursan. Düşünürəm: Görəsən hansı sevgi gerçək idi? İlyas-Asel? Yoxsa Baydəmirin Ayselə olan sevgisi? Kitabda yer alan digər 2 povest də -"İlk müəllim" və "Köşək gözü" maraqlı idi. "İlk müəllim", adlı povest isə mənim üçün başqa anlam daşıyır. Hər 3 əsərin olduğu "Qırmızı yaylıqlı qovağım mənim" kitabını oxumağa dəyər.
Qırmızı Yaylıqlı Qovağım Mənim
Qırmızı Yaylıqlı Qovağım MənimCengiz Aytmatov · Teas Press Nəşriyyatı · 201911 okunma
Reklam
204 syf.
10/10 puan verdi
·
Beğendi
·
3 günde okudu
Çingiz Aytmatov üzərinə...
Bu kitabı oxuyarkən duyğulanmamaq əldə deyil. Obrazlar elə bir ustalıqla qurğulanıb ki, əsəri oxuyarkən özünü onların yerinə qoyursan, onlarla birlikdə həmin yerlərə, keçmiş dövrlərə səyahət edirsən. Kitabda 3 əsər yer alır. *Qırmızı yaylıqlı qovağım mənim*, *Köşək gözü* və *İlk müəllim*. Bu əsərlər insana çox böyük dərslər verir. Çingiz Aytmatov mənə görə Dahi bir yazıçıdır. Qeyd: "Fərdi inkişaf" kitabları yerinə bir Çingiz Aytmatov əsəri oxuyun daha çox şey öyrənəcəksiniz. Bir cəmiyyətin inkişafı üçün belə yazarlar mütləq oxunmalı və oxutdurulmalıdır.
Qırmızı Yaylıqlı Qovağım Mənim
Qırmızı Yaylıqlı Qovağım MənimCengiz Aytmatov · Teas Press Nəşriyyatı · 201911 okunma
204 syf.
8/10 puan verdi
·
4 günde okudu
Dünyanın bütün dillərində kitab oxumaq kimi bir şansımız yoxdur, bu səbəbdən oxuduğumuz əsərlərin yaxşı tərcüməçinin dilindən olması çox önəmlidir, qarşımızda yazıçıdan çox tərcüməçinin bizə təqdim etdiyini oxuyuruq çünki. İllər öncə Qanun nəşriyyatından "Gün var əsrə bərabər" əsərini alıb oxumağa başlamağımla yarımçıq saxlamağım bir olmuşdu, ondan sonra düşünürdüm ki, yəqinki bir də haçansa Aytmatov oxumayacam, dili çox yorucudur. İllər sonra türkcə bir kitabını səsli dinlədikdən sonra yenidən oxumağa qərar verdim və bu dəfə Teas Press nəşriyyatından seçim etdim. Seçimim məni yanıltmadı, yaxşı tərcümə ilə tamamilə başqa Aytmatov oxuyurdum. Kitabda müəllifin 3 hekayəsi var. 3 hekayəni də ümumiləşdirsəm, Aytmatov əsərlərində: 1. İnsanın ürəyini riqqətə gətirən nəfis təbiət təsvirləri edir. 2. Sadə insanların dünyasından yola çıxıb qürurun, sevginin, yaxşılığın mübarizəsindən söz açır. 3. Sovet ideologiyasına dair ünsürlər oxuyucunu yoracaq həddə deyil.
Qırmızı Yaylıqlı Qovağım Mənim
Qırmızı Yaylıqlı Qovağım MənimCengiz Aytmatov · Teas Press Nəşriyyatı · 201911 okunma
204 syf.
10/10 puan verdi
·
Beğendi
·
5 günde okudu
Çingiz Aytmatov qələmini o qədər sevdim ki... Sadə, axıcı, təsirli... Əslində, ilk dəfə sınamıram. Hardasa, 7-8 il əvvəl uşaq ədəbiyyatından "Dəniz kənarıyla qaçan Alabaş" əsərini oxumuşdum. Normal olaraq tam xatırlamıram. Amma çox sevdiyimi xatırlayıram. İndi isə keçək, kitaba. Kitaba Çingiz Aytmatovun ali ədəbi mükafatlara layiq görülmüş üç əsəri - "Qırmızı yaylıqlı qovağım mənim" , "Köşək gözü" və "İlk müəllim" povesti daxil edilib. Hər 3 povest o qədər təsirlidir ki. İnsan oxuduqca oxumaq istəyir, oxuduqca klassika olduğunu unudur. Mükəmməl idi.
Cengiz Aytmatov
Cengiz Aytmatov
Qırmızı Yaylıqlı Qovağım Mənim
Qırmızı Yaylıqlı Qovağım MənimCengiz Aytmatov · Teas Press Nəşriyyatı · 201911 okunma
Reklam
481 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.