Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Qış Gecəsi

Salam Qadirzade

Qış Gecəsi Gönderileri

Qış Gecəsi kitaplarını, Qış Gecəsi sözleri ve alıntılarını, Qış Gecəsi yazarlarını, Qış Gecəsi yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Adil Mənsurənin əlini tutub sıxarkən ehtiyatla özünə tərəf çəkdi: − Gələndə sən məni qucaqlayıb öpmüşdün, − dedi, − indi də mən əvəzini çıxacağam...
Sayfa 175Kitabı okudu
Rəhman çarpayının qırağında əyləşib Diləfruzu yanına çağırdı. O, başını silkələyib “yox” dedi. Ancaq gözləri bic-bic güldü. Rəhman ayağa qalxdı. Diləfruzun belindən tutub özünə tərəf çəkdi. Diləfruz ağır gövdəsini çarpayıya yıxanda, döşəyin altından cingiltini xatırladan boğuq bir səs gəldi. Bu, bayaq arvadın gizlətdiyi şəkil idi. Sanki o mərhum, günahsız kişi Diləfruzdan sonuncu şikayətini də edib susdu...
Reklam
Kimsə Mənsurənin sevimli qaranquşlarının yuvasını dağıdıb, balaları didərgin salmışdı. “Mənim qaranquşlayım”... deyən bibisi qızının yanıqlı səsini eşidən, onun göz yaşlarını görən Adil dözmədi. Anası yadına düşdü. Ürəyi kövrəldi. O da Mənsurəyə qoşulub ağladı
Anası öldükdən sonra Adil bütün məhəbbətini mehriban nənəsinə bağlamışdı. Qarlı qış gecələrində sobanın yanında, isti yay günlərində həyətdəki meynənin sərin kölgəsində əyləşən qarı, nəvəsinin başını qucağına alar, titrək barmaqlarını onun qıvrım, xurmayı saçları arasında gəzdirə-gəzdirə şirin nağıllar, maraqlı əfsanələr söylərdi. Adil nənəsinin nəfəsindən anasının ətrini duyar, onun danışığından anasının səsini eşidərdi.
Əlbəttə, zövqüm pis olsaydı, daha bir belə arvadın içindən təkcə səni seçməzdim ki...
Elə bil Lermontov Qafqaza gələrkən Ceyranın gözlərini görmüş, ondan ilham almış, “İki göz gördüm o yerlərdə, ilahi gözlər...” misrasını yana-yana ona yazmışdı.
Reklam
Kitabı çap edən nəşriyyat belə deyir...
Həyatımızın azacıq əvvəl çevrilən səhifəsi, böyük nəslin şirin arzularının boy verdiyi 50 – 60-cı illərdə bu kitab sevinclə, rəğbətlə qarşılanıb. Əminik ki, indi bir qədər başqa rakursdan baxılsa, başqa aspektdən yanaşılsa da romanda yenə nə isə maraqlı, cəlbedici və nəhayət, hardasa əhəmiyyətli bir şey tapacaqsınız.
Dünyada təbiətin gözəlliyini duymayıb ondan zövq almayanlar da bədbəxt insanlardır!
Ədalətin keşiyində durmaq üçün adamları, ancaq dediyi sözlərlə deyil, onları gözlərindən tanımaq, ürəklərinin ən dərin guşələrində gizlənmiş sirləri oxumaq lazımdır!
— Bəli, ata, - mən bir müstəntiq kimi ilk mühakiməmə öz evimizdən başlayacağam!
Reklam
İlk məhəbbətin, ilk görüşün çox qəribə anları olur! O anlaşılmaz hisləri keçirən hər kəs ürəyindəkiləri dillə deməyi bacarmasa da, uzun vaxt unuda bilmir. O təmiz, o bakirə duyğular gəncliyin ən əziz xatirələri kimi qəlbin dərin və gizli guşələrində silinməz izlər buraxır. Bəzən o xatirələr əbədi bir sirr olaraq qalır və heç kimə də açılmadan insanla bərabər torpağa gedir...
Ceyran bütün sirri ürəyində gizlətməyi bacarırdı.Ancaq gözlərindən qorxurdu
Dünyada təbiətin gözəlliyini duymayıb ondan zövq almayanlar da bədbəxt insanlardır!
216 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.