Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Qış Gecəsi

Salam Qadirzade

Öne Çıkan Qış Gecəsi Gönderileri

Öne Çıkan Qış Gecəsi kitaplarını, öne çıkan Qış Gecəsi sözleri ve alıntılarını, öne çıkan Qış Gecəsi yazarlarını, öne çıkan Qış Gecəsi yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Dünyada təbiətin gözəlliyini duymayıb ondan zövq almayanlar da bədbəxt insanlardır!
Ədalətin keşiyində durmaq üçün adamları, ancaq dediyi sözlərlə deyil, onları gözlərindən tanımaq, ürəklərinin ən dərin guşələrində gizlənmiş sirləri oxumaq lazımdır!
Reklam
— Bəli, ata, - mən bir müstəntiq kimi ilk mühakiməmə öz evimizdən başlayacağam!
İlk məhəbbətin, ilk görüşün çox qəribə anları olur! O anlaşılmaz hisləri keçirən hər kəs ürəyindəkiləri dillə deməyi bacarmasa da, uzun vaxt unuda bilmir. O təmiz, o bakirə duyğular gəncliyin ən əziz xatirələri kimi qəlbin dərin və gizli guşələrində silinməz izlər buraxır. Bəzən o xatirələr əbədi bir sirr olaraq qalır və heç kimə də açılmadan insanla bərabər torpağa gedir...
Kapitalist ölkələrində məhkəmələr həqiqəti, günahsızları deyil, çox vaxt mal-dövlət sahiblərini nahaqdan müdafiə etməkdən çəkinmirlər.
Sayfa 169Kitabı okudu
286 syf.
·
Puan vermedi
Salam Qədirzadənin əsərlərinin hər birində qəribə bir duyğu var. Yazarın kitablarını hər oxuduğumda kimsə mənə nağıl danışırmış kimi hiss edirəm, mənə bu nağıllarla həyatın bir çox üzləri ilə tanış etmək istəyir.. Və əsərlərinin hər biri bir birinə oxşayır bu dediyim o qəribə duyğudanmı irəli gəlir ya yox bilmirəm. Ama nə də olsa kitabların oxunulacaq səmimi bir havası var. Kitaba gəlincə o qədər xoş olan sadə dillə yazılıb ki, kitabdan danışmağa qalxsam gərək məndə sizə Qış gecəsini nağıl edim :) Sadəcə bunu qeyd edim ki Ceyran üçün üzüldüyüm qədər Mənsurə üçün sevindim. Adil üçün sevindiyim qədər İsa üçün üzüldüm. Sanki hər şey elə belədə olmalı idi.
Qış Gecəsi
Qış GecəsiSalam Qadirzade · XAN · 2015209 okunma
Reklam
Ceyran bütün sirri ürəyində gizlətməyi bacarırdı.Ancaq gözlərindən qorxurdu
286 syf.
10/10 puan verdi
·
Beğendi
·
6 günde okudu
Əsərin qəhramanları bizdən biridir, bizim kimidilər. Bəzən Adil kimi çox həssas davranıb çox istədiyimiz hər şeydən keçib, sonra peşman oluruq. Bəzən Ceyran kimi unutmaq üçün bir şeylər etsəkdə heç vaxt unutmuruq. Əsər Ceyranın gözləri ilə başlayəb Adilin sözləri ilə bitir; " Görəsən, çağırsam, gələrmi, Ceyran?..." Əsər xoşbəxt sonluqla bitsədə mən bir nisgil duydum.
Qış Gecəsi
Qış GecəsiSalam Qadirzade · XAN · 2015209 okunma
286 syf.
7/10 puan verdi
·
4 günde okudu
Daha bir axıcı kitab. Düzü, Salam Qədirzadənin qələmi ilə heç tanış olmadığım üçün həmişə onun əsərlərini oxumaq istəmişəm. Maraqlı sujet xətti var. Baş qəhrəman Adilin başına gələnlər, çəkdiyi vicdan əzabları çox gözəl şəkildə təsvir edilib. Oxuyanda bir ailənin necə uçuruma getməsi adama pis təsir edir. Kitabda Adilin ətrafında və həyatında olan qadın obrazlar bir-birilə ziddiyyət təşkil edir. Atasının isə o dərəcədə dəyişməsi Adili sarsıtsa da, fərd kimi yetişməsinə zərər vermədi. Ümumiyyətlə, insanların bir az çətinliyə düşən kimi asan yola əl atması burada da təsvir edilib. Bu yolun da fərsiz olduğu aydın şəkildə göstərilib. Sonluğu lap ürəkaçan oldu. Diləfruzun öhdəsindən kimsə gəlməli idi. Əsərdə sovet təfəkkürü də sezilir. Bəyənmədiyim tərəfi isə bu idi.
Qış Gecəsi
Qış GecəsiSalam Qadirzade · XAN · 2015209 okunma
216 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.