Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Qış Gecəsi

Salam Qadirzade

Qış Gecəsi Gönderileri

Qış Gecəsi kitaplarını, Qış Gecəsi sözleri ve alıntılarını, Qış Gecəsi yazarlarını, Qış Gecəsi yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Adil bu qadını birinci dəfə görürdü. Onun ortadan yanlara ayrılmış gümüşü saçları, qızınınkı kimi nazik qaşları və qara gözləri vardı. −Kimi istəyirsın, bala? – deyə arvad soruşdu. −Mənə Ceyran lazımdır, ana, zəhmət olmasa onu çağırın. Qadın geri döndü və bir az sonra Ceyran yüyürə-yüyürə qapıya çıxdı. O, bu gün də ağappaq geyinmişdi. Sanki qız, Adilin gələcəyini duyduğundan, bu paltarın, bu çəkmələrin ona çox yaraşdığını bildiyi üçün belə etmişdi. Ceyran əsla dəyişməmişdi. Eynilə üç il bundan qabaqkı Ceyran idi! Xalı da əvvəlki kimi ağ yanağında qaralırdı. Düşüncəli və ağıllı gözləri yenə dağ çeşməsi kimi qaynayır, qızıl gül qönçəsi təki zərif, qırmızı dodaqlarında yenə təbəssüm gəzirdi.
Ahan, Adil qayıtdı. görək nələr olacaq?
Həyət qapısına çıxan Mənsurə: “Qayanquşlay, səyçələy, çöyək yeyib dincələy” deyən dayısı oğlunu səsindən tanıyınca nə vaxt onun boynuna sarıldığını bilməmişdi. Bibisi qızının gözlənilmədən qarşısına çıxması Adili də az sevindirmədi.
Reklam
qancığa baxe kopya yaprak dökümüdəki ferhundedieee
−Tutaq ki, Rəhman gəldi, Adili də gətirdi, sonra? −Sonrası ilə sənin işin olmasın. Ölməmişəm! – Diləfruz sağ əli ilə sinəsinə vurdu. – Sən mənim gəlinimsən! – Bir kəlmə!
Sayfa 151 - XanKitabı okudu
286 syf.
10/10 puan verdi
·
Beğendi
Adil kiçik yaşlarından anasını itirir.. Bir müddət sonra Adilə ögey ana gəlir.. Onun gəlişi ilə "qırmızı kirəmitli ev"-də heçnə əvvəlki kimi olmur... Adil böyüyür həyatında baş verən yeniliklər, dost-tanışla münasibəti, sevgi münasibəti çox çətin olur.. Bunun səbəbi Diləfruz "xanım"-dır, bəli.. Amma necə? O necə bir neçə insanın həyatını puç edə bildi?? Əsərdə ən çox sevdiyim qəhrəman Saleh müəllim və Mənsurə oldu.. Çox az hissədə olmağına baxmayaraq Nərgizi də çox sevdim.. Adilin bəzi hərəkətlərini mənasız olaraq düşündüm, ona hirsləndim bəzən Açıq sözlü olsaydı, ürəyindəkiləri gizlədib özü özünə cəza verməsəydi hərşey daha fərqli ola bilərdi.. Ən çox əsəbləşdiyim isə Diləfruz oldu təbii ki.. Onun tərbiyə etməyə çalışdığı lakin edə bilmədiyi uşaq, öz davranışları, düşüncələri və s. Laloçka haqqında da fikirlərim əlbəttə mənfi oldu, lakin Diləfruz qədər nifrət etmədim ondan.. Ən çıxılmaz vəziyyətdə qalan isə Ceyran və Rəhman idi deyərdim.. Borya, Nataşa və Xalidə də əsl dostluq, sevgi nümunələri idi.. Romanda yazıçı hərdən bir oxucularına müraciət edirdi, öz yazdığına özü fikir bildirir, yeri gələndə öz xatirələrini, həyatından fraqmentləri də əlavə edirdi.. Bu da əsəri daha çox maraqlı edirdi.. Çox çox çox gözəl idi.. ❤
Qış Gecəsi
Qış GecəsiSalam Qadirzade · XAN · 2015209 okunma
Nyuton teması babat zarafat idi :D
Adilin nə isə demək istədiyini gözlərindən duyan Boris, cəld qapını açıb çıxdı. Lakin azacıq keçməmiş yenə geri qayıtdı. −Mənə üç-dörd metro bileti lazımdır, − dedi. – Kimdə var? Adil əlini pencəyinin döş cibinə salıb axtarmağa başladı. −Verməyinə verərəm, Boris Vasilyeviç, ancaq bir şərtlə. Sözümü deyim, sonra get. −Nataşa gözləyir, tələsirəm. −Yox, onda baş tutmayacaq. Borisin çarəsi kəsildi. −Hə sözünü de, tez ol. Auditoriyada dərs deyən qoca professorları kimi Adil əlini dalına qoyub təmkinlə danışa-danışa otaqda gəzinməyə başladı: −Ağıl çox oxumaqla deyil, Boris Vasilyeviç. Nyuton da böyük alim olub, ancaq o da hərdən sənin kimi qəribə işlər görüb... −Nə edib ki? – deyə tələbələrdən biri Adili qızışdırmaq məqsədilə qəsdən soruşdu. −Deyirlər, Nyutonun biri balaca, biri böyük iki pişiyi varmış. Hər dəfə pişiklər çölə çıxmaq istəyəndə Nyuton işdən ayrılıb qapını açarmış. Çox fikirləşdikdən sonra o özünü bu əziyyətdən qurtarmaq üçün çarə tapır. −Nə edir ki? −Qapının aşağısında biri böyük, biri kiçik iki deşik açır. −Daha iki deşik niyə? −Onun üçün ki, böyük deşikdən böyük pişik çıxıb girsin, kiçiyindən də balacası. Adilin söhbəti Borisdən başqa hamını şənləndirdi. −Hə, indi bizim bu professor Boris Vasilyeviçin ayaqqabısının o biri tayını toz-torpağa bulaşdırması da buna oxşayır. Bunlar hamısı ağılın çoxluğundan və... Boris Adili çox danışmağa qoymadı, biletləri qapıb qaçdı.
Sayfa 121 - XanKitabı okudu
diyaloq 2
Boris çəkmələrini geyib ayağa qalxdı. Onu dövrəyə alan yoldaşlarına əhəmiyyət vermədən, Adilə: − Mənim qalstukum bilmirəm hardadır, bu gün səninkini taxacağam, − dedi və onun razılığını gözləmədən çarpayının başından asılmış göy rəngli ipək qalstuku götürüb boğazına bağladı. Yoldaşlarından birisi xəbər aldı: − Boris Vasilyeviç, sənin qalstukun
Reklam
:D ahaha
Qapı açıldı. Əynində gödək sarı kürk, ayaqlarında valenka, başında qulaqlı papaq olan Boris içəri girdi. Onun şaxtadan kirpikləri də buz bağlamışdı. − Salam, professor Boris Vasilyeviç – deyə Adil gülə-gülə ona yaxınlaşdı. Borisin əlində bir tay köhnə çəkmə tutduğunu görüb əlavə etdi: − Deyəsən, oxumaqdan başın xarab olub, Boris Vasilyeviç,
Lap huri də olsa, yenə səndən gözəl olmaz.
Tarın səsi söhbəti kəsdi. Adil azacıq çaldıqdan sonra başını qaldırıb sifətinə xoş bir ifadə verdi. Vaxtilə hansı şairdənsə əzbərlədiyi sözləri indi öz məhəbbətinə uyğunlaşdıraraq, tələbələrin xoşuna gələn oynaq bir mahnı üstündə oxumağa başladı: Heç bir üzü göyçəkdə bu qaş-göz, bu tel olmaz, Heç bir gözəl, ay qız, bu qədər incə bel olmaz. Çox da deməsinlər mənə Leylanı mələkdi, Lap huri də olsa, yenə səndən gözəl olmaz. Baxdım gözünə, sehrlənib tilsimə düşdüm, Qorxdum, dedim, heç kəsdə bu cürət, əməl olmaz. Dilbər, qələmin hansı gülüstana dəyərsə Solmaz o gülüstandakı güllər xəzəl olmaz Ceyranın özüyçün oxudum mən bu qəzəlimi, Güldü, dedi, Adil, belə şirin qəzəl olmaz. − Sağ ol, bakılı balası, sağ ol! – deyə mizrab sonuncu dəfə simə dəyib susan kimi hamı birağızdan səsləndi. − Bura bax, Adil, mənim xətrim üçün bir Azərbaycan mahnısı da çal, − deyə qarayanız oğlan barmaqlarının ucu ilə çənəsini tutub ona yalvardı. Adil ciddi bir tərzdə dedi: − Ə, bayaqdan çaldığım bəs Azərbaycan mahnısı deyildi? Oğlan gülə-gülə əllərini bir-birinə vurdu: − Baho... Onda yaxşı kef çəkmişik ki!
Sayfa 119 - XanKitabı okudu
− Gözəl oğlan, bəlkə bizə bir tar çalasan? – deyə gödəkboy, qarayanız bir gənc otağın sükutunu pozdu. – Boris Vasilyeviç yoxdur, yaman darıxırıq. Bayaqdan üzünü qırxan oğlan, odekolonla islatdığı saçlarını daraya-daraya onun sözünə qüvvət verdi: − Yaxşı təklifdir, − dedi və Adilin tarını mıxdan alıb ona uzatdı. – Ancaq xahiş edirəm, kökləməyə yarım saatdan çox vaxt sərf eləməyəsən, görüşə tələsirəm. Adil güldü, pəncərənin qırağından düşüb tarı aldı. − Çalmağa etiraz etmirəm, amma oxumağa üz vurmayın. − Heç elə zarafat yoxdur, onda çalğısız oxumalı olacaqsan. Adil, mizrabı gah sarı simlərə vura-vura, gah barmaqlarını pərdələrdə gəzdirərək tarı kökləyib sinəsinə basdı. Üzünü yoldaşlarına tutub soruşdu: − Hə, nə çalım, nə oxuyum? − “Arşın mal alan”dan çal, “Məşədi İbad”dan oxu, − deyə bayaqkı qarayanız gənc yenə zarafatından qalmadı. – Əşi, bizdən niyə soruşursan? Nə bilirsən tök ortaya da!
ahh kapitalizm...
− Kapitalist ölkələrində məhkəmələr, həqiqəti, günahsızları deyil, çox vaxt mal-dövlət sahiblərini nahaqdan müdafiə etməkdən çəkinmirlər...
Sayfa 116 - XanKitabı okudu
216 öğeden 141 ile 150 arasındakiler gösteriliyor.