Qurani Kərimin Azərbaycan Dilinə Tərcüməsi

Kolektif

En Beğenilen Qurani Kərimin Azərbaycan Dilinə Tərcüməsi Sözleri ve Alıntıları

En Beğenilen Qurani Kərimin Azərbaycan Dilinə Tərcüməsi sözleri ve alıntılarını, en beğenilen Qurani Kərimin Azərbaycan Dilinə Tərcüməsi kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.
əl-Ənam
95.Şübhəsiz ki toxumu da, çəyirdəyi də cücərdib çatladan, ölüdən diri diridən ölü çıxardan (ölü yumurtadan diri toyuq,diri toyuqdan ölü yumurta yaradan) Allahdır.Budur Allah! Axı siz Ondan (haqq olan Allahdan) nə cür döndərilərsiniz?
əl-Maidə
104. Onlara:"Allahın nazil etdiyinə və Peyğəmbərə tərəf gəlin!"-deyildiyi zaman:"Atalarımızın getdiyi yol bizə yetər",-deyə cavab verirlər. Bəs ataları heç bir şey bilməyib doğru yolda deyildilərsə necə?!
Reklam
140. Əgər siz (Uhud müharibəsində) yara aldınızsa ,o biri (kafir) dəstə də (Bədr müharibəsində) o cür yara aldı. Biz bu günləri (bu hadisələri) insanlar arasında növbə ilə dəyişdiririk ki, Allah iman gətirənləri bəlli etsin və içərinizdən şəhidlər (şahidlər) seçsin Allah zülmkarları sevməz.
Ali-İmranKitabı okuyor
əl-Maidə
116. (Ya Rəsulum!) Xatırla ki, o zaman (qiyamət günü) Allah belə buyuracaq: "Ya Məryəm oğlu İsa! Sənmi insanlara: "Allahla yanaşı, məni və anamı da özünüzə tanrı bilin!" - demişdin? (İsa cavabında) deyəcək: "Sən paksan (müqəddəssən)! Haqqım çatmayan bir şeyi demək mənə yaraşmaz. Əgər bunu mən demiş olsaydım, Sən onu mütləq bilərdin. Sən mənim ürəyimdə olan hər şeyi bilirsən, mən isə Sənin zatında olanı bilmirəm. Şübhəsiz ki, qeybleri bilən ancaq Sənsən!
əl-Maidə
45. Biz (Tövratda İsrail oğullarna) yazıb hökm etdik ki, canın qisası can, gözün qisası göz, burununku burun, qulağınkı qulaq, dişinki diş ve yaralanınkı yaralardır. Lakin hər kəs (qisası) bağışlasa bu onun üçün bir kəffarədir (Allah onun günahlarının üstünü örtüb bağışlar Və ya zərərdidə qisası bağışlasa, bu, cani üçün bir kəffarədir. Haqq sahibi haqqından vaz keçib onu tələb etməsə, Allah da cinayətkarı cəzalandırmaz). Allahın nazil etdiyi (kitab ve şəriət) ile hökm etməyənlər, əlbəttə, zalimdirlər!
142. Münafiqlər Allahı aldatmağa çalışırlar. Halbuki əslində (Allah onları aldadır. Onlar namaza durduqlan zaman (yerlərindən) tənbəlliklə (könülsüz qalxar, özlərini (yalandan) insanlara göstərər və Allahı olduqca az yad edərlər.
Reklam
34 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.