Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Ronia, the Robber's Daughter

Astrid Lindgren

Yorumlar ve İncelemeler

Tümünü Gör
176 syf.
10/10 puan verdi
·
Beğendi
Kitabın üz qabığı onun haqqında hərşey deməsədə çox şey ifade edir mənə görə. Düşünmürəmki, kimse üz qabığına azda olsa diqqət etmədən kitab seçmiş olsun) Ən azından mən üz qabığına çox diqqət yetirirəm(yazıçısına və mövzusuna da həmçinin) və adətən kitab haqqındakı ilk təəssüratlarımda yanılmıram. Belə kitablardan biridə yaradıcılığını çox sevdiyim yazıçılardan biri Astrid Lindqrenin Quldur qızı Roni əsəri idi. İri həcmli əsərləri oxumağa bir az ara verdiyim vaxtlar idi. Açıqcası buna o qədər də vaxtım olmurdu. Nisbətən daha kiçik həcmli, oxunulması daha asan ve yorucu olmayan bir kitab seçimi etdim(Bəzən belə seçimler etmək səmərəli olur) Və yaxşı ki etdim. Heç gözləmədiyim düşüncələr və hisslər yaratdı bu əsər məndə...Çox sadə bir mövzuda olmasına baxmayaraq duyğular çox gözəl və canlı bir şəkildə yazıçı tərəfindən ifadə edilib. Hiss edərək oxuduğum əsərləri çox sevirəm. Və buda onlardan biridi. Əsərdə bir quldurun sehv etmiremse 13 yaşlı qızı, Ronidən, onun xəyallarından,arzularından bəhs edilir. Atasının etdiyi əməllər Ronini narahat edir və o hərkəsi bu cür pis əməllərdən çəkindirməyə çalışır. Bu işində ona dəstək olan tək bir dostu var. Atasının rəqibi və ən böyük düşməni olan quldurun oğlu (adını tam xatırlamıram) Onlar birlikdə çoxlu macəralara atılır. Bəzən özümü Roninin ən yaxın dostu kimi, yanında onunla birgə bu macəralara atılarkən hiss etdim. Bu kiçik, ama xəyalları çox.böyük olan qızdan öyrənməli, örnək götürməli çox şeylər var məncə..Ən əsası xeyirxahlıq, mərhəmət və sevgi...
Ronia, the Robber's Daughter
Ronia, the Robber's DaughterAstrid Lindgren · Puffin Books · 19855 okunma
Reklam
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.