Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Seçilmiş Eserleri

Nigar Rəfibəyli

En Eski Seçilmiş Eserleri Gönderileri

En Eski Seçilmiş Eserleri kitaplarını, en eski Seçilmiş Eserleri sözleri ve alıntılarını, en eski Seçilmiş Eserleri yazarlarını, en eski Seçilmiş Eserleri yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Əlvida, otağım, mavi dənizim, Əlvida, qumlarda görünən izim. Yollara tökülən xəzəl, əlvida, Soyuq təbiətli gözəl, əlvida. Dənizdən xoş əsən həzin rüzgarım, Sahilə düzülən qağayılarım, Suda qanad açan yelkən, əlvida… Sabah ayrılıram sizdən, əlvida…
Sən dağdan axan bulaq kimisən Təmiz, şəffaf, dərin... Nə yaziq, nə yaziq ki, əzizim, Bulaq suyu kimi soyuqdur gözlərin...
Reklam
Gəlsən ölərəm sevincdən, səadətdən, Gəlməsən ölərəm qəmdən, həsrətdən… İndiki ölümüm yaşayır səndə, Nə fərqi var, əzizim, Gəlsən də, gəlməsən də.
Men gülende gülüb, Ağlayanda gözümü silen, - Menim doğma vetendaşımdır o, Yoldaşım, sirdaşım, Qardaşımdır o. Sevirem candan, Men seni sevirem, insan!
Biz yuxuda durna oluruq gecələr, Uçuruq uça bildikcə, Uçuruq diyar-diyar... Uçuruq - qəlbimizdə Torpaqdan aldığımız Ən şirin, Ən incə, Ən sevimli arzular.
Dost
Dar gündə başımın üstünü aldın, Əzəldən tanıyıb bilmədiyim, dost. Halıma acıdın, dərdimə qaldın, Xoş gündə danışıb, gülmədiyim, dost. İsitdi qəlbimi bütün bir qışı, Mavi gözlərinin həzin baxışı, Nə yaxşı tanıdım, səni nə yaxşı, Eşqini qəlbimdən silmədiyim, dost... ********** Nə şirin, nə gözəl bir röya idi, Şirin söhbətlərin, şirin vüsalın, Bu bir dostluq idi, ya sevda idi, İlişib könlümdə qaldı xəyalın...
Reklam
Günəşdən gənclik istədim, Dənizdən coşğun həvəs. Meşədən dinclik istədim, Küləkdən ilıq nəfəs. Güllərdən ətir istədim, Quşlardan iti qanad. Yarpaqdan çətir istədim, Ömürdən coşğun həyat. Dağdan əzəmət istədim, İnsanlardan məhəbbət. Nə istədim, nə istədim – Verdi mənə təbiət…
Ürək geniş olarsa, Xəyal dərin olarsa, Nə arzular ölər, nə fikir sönər… Könüldə bir işıq, bir atəş varsa, Balaca bir mətbəxdən də böyük bir dünya görünər…
Qəribsəyir könlüm bu axşamüstü, Gözəl mənzərələr qalır geridə. Şirindir vətəndə hər acı tüstü, Şirindir vətənin küləkləri də!
107 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.