Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Seçilmiş Eserleri

Nigar Rəfibəyli

Seçilmiş Eserleri Gönderileri

Seçilmiş Eserleri kitaplarını, Seçilmiş Eserleri sözleri ve alıntılarını, Seçilmiş Eserleri yazarlarını, Seçilmiş Eserleri yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Nə şirin, nə gözəl bir röya idi Șirin söhbətlərin, şirin vüsalin Bu bir dostluq idi, ya sevda idi, İlişib könlümdə qaldı xəyalı.
DAĞLARI DUMAN ALANDA
Dağları duman alanda, Gözüm yollarda qalanda, Yadıma səni salanda, Gül yanağım solmasınmı? Əsən yeller, əsən yellər Sevgilimdən mənə xəbər. Solanda narın çiçəklər Gözüm yașla dolmasınmı? Bu yerlərdən keçməz oldum, Dost, düşməni seçməz oldum, Eşqimə and içməz oldum, Könlüm xarab olmasınmı?
Sayfa 166Kitabı okudu
Reklam
Nəsimiyə derlər: yarın ilə xoşmusan? Xoş olaydım, olmayaydım kimə nə? O yar bənim, kimə nə? Könül bənim, kimə nə?
Sayfa 371Kitabı okudu
Ya ölü yıldızlara həyat aparacağıq, Ya bizim dünyamıza çökəcək ölüm.
Sayfa 367Kitabı okudu
Ey şair, Düşün öz-özünə sən bir cahansan Başqadır gərdişin, başqadır yerin. Gözlərdən, doğrudur, bu gün nihansan, Bunun nə eybi var, könüldür yerin...
Sayfa 317Kitabı okudu
Ey sərv-qəddü simtək, Şəkkər ləbül qönçə dəhən, Doğrusu, sən çox gözəlsən, Biz də bir az pis deyilik.
Sayfa 314Kitabı okudu
Reklam
Bu vüsalə yuxu əhvali demək mümkün idi, Əgər olsaydı yuxu dideyi-giryanimizə.
Sayfa 299Kitabı okudu
Coşqun bir arzuyla qaynayır həyat. Əmr edir həm yaşa, həm də ki, yaşat. Şeir yazıram. Ömrümün arzusu, əməli budur, Gizlin qüssələrim, böyük imanım, Eşqim, sevinclərim, arzum, gümanım Şerimin səsiylə olmuşdur aşkar, Belə vermiş tale bəlkə də qərar. Əsrimin bu böyük sədasına mən Şerimin səsini həmahəng etdim.
Sayfa 290Kitabı okudu
Könlüm quşu sünbül saçının toruna düşmüş, Bülbül kimi hər gül sarı avazı qalıbdır. Gül fəsli o quş hansı yana meyl eləmiş ki, Bağ içrə fəqət sərvi-sərəfrazı qalıbdır.
Sayfa 259Kitabı okudu
Bu qəm gecəsi aşiqi-pərvanəyəm, ancaq Başımda mənim şəmi şəbistan gərəkdir. Qəmzən xoş olur könlümə, ey işvəli dilbər, Ah, oxlarına bir neçə peykan gərəkdir.
Sayfa 258Kitabı okudu
Reklam
Afərin hüsnünə, mən bir belə dilbər istərəm! Gecələr şəmi yanar, sən kimi gövhər istərəm! Od ləbin, ud xalın hər biri şəkkər kimidir, Valehəm onlara mən, bir belə məcmər istərəm! Duzda çox ləzzət olar, amma ki, şirin olmaz, Duzlusan həm də şirin, sən kimi şəkkər istərəm. Müşk zülfün nə gözəl, aləm ənbər dağıdır, Gör nə xoşdur, gözəlim, bir belə ənbər istərəm. Bağladın zülfünə qutək bu Nizamini özün, Söyləyir zülfün ucu bir belə çəkər istərəm!
Sayfa 258Kitabı okudu
Şəhər əhli sənin eşqində Nizami kimidir, Nə rəva Əhsitanın qismətinə yar olasan!
Sayfa 257Kitabı okudu
Özgə ağrısına biganə olmaq, Nə sənə, nə mənə yaraşmaz, qardaş. Şair ürəyilə gəldik dünyaya, Şair təbiətli olmayaydıq kaş. ...Mən sənə təsəlli vermirəm, qardaş, Təsəllin yazdığın şeirlər olsun. Sənət sarayına qoyduğun hər daş, Sənə həm təsəlli, həm hünər olsun.
Sayfa 223Kitabı okudu
Açılmamış bir kitabdır hər insan ömrü, Hər baharın bir məhəbbət macərası var. Yazılmamış bir hesabdır hər insan ömrü, Hər gecənin, hər gündüzün bir mənası var. Boş keçməyir, düşündükcə, ömrün hər dəmi, Yazılmamış bir dastandır könül aləmi. Məhəbbətin fərəhlidir sevinci, qəmi, Hər duyğunun, hər arzunun bir səfası var. Kim çağırdı ürəkləri eşqə, həvəsə, Bülbül nədən gül eşqiylə verir səs-səsə? İnsan qəlbi çox möhtacdır isti nəfəsə Desələr də məhəbbətin min cəfası var.
Sayfa 188Kitabı okudu
Məhəbbət günü kimi parlasın gərək, Könüldə sevgiyə açılır çiçək. Pərişan halınla Hər məni görcək Niyə məndən qaçırsan?
Sayfa 164Kitabı okudu
107 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.