Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Seçilmiş Əsərləri

Əli Kərim

Seçilmiş Əsərləri Hakkında

Seçilmiş Əsərləri konusu, istatistikler, fiyatları ve daha fazlası burada.

Hakkında

Bu kitab "Əli Kərim. Seçilmiş əsərləri, I cild" (Bakı, Azərnəşr, 1991) nəşri əsasında təkrar nəşrə hazırlanmışdır. Bu başlıq sadəcə o demək deyil ki, Əli Kərim şeir yaradıcılığı ilə məşğul olub, Əli Kərim şairdir. Onun üçün belə deyərdik: “Əli Kərimin poeziyası”. Hətta bu ikinci sərlövhə əlimizdəki kitab üçün daha münasib görünərdi. Çünki o, şeir yaradıcılığı ilə yanaşı, həm də istedadlı nasirdir, dramaturqdur, çox dəqiq zövqlu tənqidçidir və bu kitabında ancaq poeziyası gedir. Bu başlıqla nəzərdə tutulur ki, ədəbiyyatımızda və ədəbi tənqidimizdə bir "Əli Kərim şeiri" deyilən anlayış var. Bu ikinci növ təyini söz birləşməsinin, dilçi olaraq, qrammatik mənasını mən yaxşı bilirəm. "Əli Kərim şeiri" o deməkdir ki, Əli Kərim üsluba çevrilib, onun şeiri edəbiyyatda sabitləşib, onun yaradıcı davamçıları və hətta onu vəcdlə oxuyan xüsusi oxucuları, çoxlu pərəstişkarları var... İctimai-zehni və ya ictimai-fiziki əməyin hansı sahəsində fəaliyyət göstərməsindən asılı olmayaraq, kim öz şəxsiyyətinə hesabat verməyi bacarırsa, o, müdrik insandır. Özünə hesabat vermək nadir xasiyyətdir - böyüklük əlamətidir; xalq üçün, cəmiyyət üçün "nəyi eləyib, nəyi eləyə bilərmiş, ancaq eləməyib, harada zəhmətini əsirgəyib" suallarının qarşısında duran adam gələcək fəaliyyəti üçün özünü səfərbər edir. Demək, bu sualı vermək üçün gərək insanın işdən qorxmamaq, yorulmamaq istedadı da olsun - Əli Kərim kimi. Vaxtaşırı özünə, öz mənliyinə hesabat verən Əli Kərim bu etiraflardan birini daxili, şəxsi çərçivədən kütləvi-ictimai mühitə çıxarır, oxucularının qarşısında onların şahidliyi ilə bəyan edir: "Otuzdan çox yaşamışam...". Giley-güzarsız, alnıaçıq, üzüağ şəkildə deyir: "İllərimin çoxusu mənimlədir. Ailəmin üzvüdür...". Vaxta yaradıcı insanın ən qiymətli kapitalı kimi baxan şair öz həyatının saatlarını, dəqiqələrini də saya alır: "Elə saatım var ki, ağac olub bir dost bağında, hər dəqiqəsi bir meyvəyə dönüb Göy budağında... Anlarım var: Leysan yağışı kimi yağmış Kövrək bir insan qəlbinə... Şeirlərimə baxıram: Yanıb dəftərə tokülmüş günlərimdir. Otuzdan çox yaşamışam. Peşman deyiləm..." Keçmişə baxmaq, özünə hesabat vermək ona görə gərəklidir ki, gələcəyin yolunu müəyyənləşdirəsən, edəcəklərini ipə-sapa düzəsən. Keçmiş keçmişdir, əslində onu gələcək üçün və gələcəyin xatirinə yada salırsan.
Tahmini Okuma Süresi: 9 sa. 31 dk.Sayfa Sayısı: 336Basım Tarihi: 2004Yayınevi: Lider Nəşriyyat
ISBN: 9789952417126Ülke: AzerbaijanDil: AzericeFormat: Karton kapak
Reklam

Kitap İstatistikleri

Kitabın okur profili

Kadın% 80.0
Erkek% 20.0
0-12 Yaş
13-17 Yaş
18-24 Yaş
25-34 Yaş
35-44 Yaş
45-54 Yaş
55-64 Yaş
65+ Yaş

Yazar Hakkında

Əli Kərim
Əli KərimYazar · 4 kitap
Ali Kerim, 20. yüzyıldan kalma bir şair ve Azerbaycan'dan tercümandı ve Azerbaycan Yazarlar Birliği üyesiydi.