Bu kitaba fransız yazıçısı Antuan de Sent-Ekzüperinin Adamların planeti , Hərbi təyyarəçi və Balaca şahzadə əsərləri daxildir. Sent-Ekzüperinin qəhrəmanları romantikdirlər. Kin-küdurət, qibtə hissi onlara yaddır. Sent-Ekzüperinin bütün əsərlərinin baş qəhrəmanı elə yazıçının özüdür. Onun əsərlərində insan idealı uydurulmamışdır, çünki bu idealı yazıçı öz aləmində, silahdaşlarında tapır, onu bədii obrazlarla əyaniləşdirə bilıir. Yazıçının əsərləri bir daha sübut edir ki, humanizm böyük ədəbiyyatın mayası olaraq qalmaqdadır.