Seçilmiş Əsərləri

Mihail Şolohov

En Beğenilen Seçilmiş Əsərləri Sözleri ve Alıntıları

En Beğenilen Seçilmiş Əsərləri sözleri ve alıntılarını, en beğenilen Seçilmiş Əsərləri kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.
Sönməkdə olan gözlərə baxaraq yıxıldı; qan sağılmış göz qapaqlarını qaldırıb, gücsüz, taqətsiz bədəni silkələdi... Amma Nikolka dilinin göyərmiş ucunu bərk dişləmişdi, sanki, nə isə son dərəcə böyük və mühüm bir şeyi ağzından qaçırmağa qorxurdu. Ataman oğlunun soyuyan əllərini sinəsinə basaraq öpdü və dişlərini mauzerin tərləmiş poladına bərk-bərk basıb gülləni öz ağzına sıxdı”. 
Mənim Anatolimin yoldaşları, dostları göz yaşlarını silirdilər, amma mənim gözümdən yaş çıxmırdı, görünür mənim göz yaşım ürəyimdə qurumuşdu... Bəlkə də, ona görə ürəyim belə ağrıyır?..
Reklam
Mən istəyirdim ki, kitablarım insanlara özlərinin daha yaxşı adam olmasına, mənəviyyatlarının daha da təmizlənməsinə xidmət etsin, insanı sevdirsin, bəşəriyyətin inkişafı və humanizm idealları uğrunda fəal mübarizə aparnağa səslənsin. Əgər buna azacıq da olsa nail ola bilmişəmsə, mən xoşbəxt yazıçıyam.
Bəli, yaşa dolmuş, müharibə illərində saçı ağarmış kişilər ancaq yuxuda ağlamırlar, onlar oyaq da olanda ağlayırlar. Burada əsas məsələ bacarıb vaxtında üzünü yana çevirməkdir. Burada əsas məsələ uşağın qəlbini yaralamamaqdır: o gərək sənin yanaqlarından axan bir neçə damla göz yaşını görməsin, kişilərin axıtdığı odlu göz yaşını...
"Yaralı olan varmı?" Bax əsl həkim buna deyərlər! Əsir də düşsə, lap qaranlıqda da öz borcunu yerinə yetirirdi.
Siz heç ömrünüzdə, sanki, kül tökülmüş, ağır kədər çökmüş gözlər görmüsünüzmü? Elə gözlər ki, adam onlara baxa bilmir... Təsadüfən rast gəldiyim bu adamın da gözləri belə idi.
Reklam
11 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.