Kitabda “Ölümə məhkumun son günü”, “Klod Qö”
povestləri, “Lükres Borjya” və “Mariya Tüdor” faciələri toplanmışdır.
V.Hüqo əsil yaradıcılıq yolunu 1827-ci ildə, “Kromvel” faciəsinə yazdığı girişdən sonra tapır və bu tarixdən etibarən müəllif üçün hər yerdə, həmişə bir rəhbər var-həqiqət!
Həqiqət həmişə həqiqi rəhbər olmalı, insanı öldürməməli,onu yaşatmağı bacarmalıdır; məhz belə olan halda cəmiyyətdə oğurluq,rüşvətxorluq, qətl, dilənçilik aradan qalxar, qısası, insan insan kimi yaşayar-budur V.Hüqo əsərlərinin qayəsi!