Spoiler içermez!
Tam təsadüf nəticəsində oxuduğum əsər ən dərin duyğularıma toxunmağı bacardı. Ken Grimwoodun " Sil baştan "əsərini istədiyim halda, qızımın pdf olaraq mənim üçün tapdığı Rebecca Donovanın " Sil baştan "əsərini oxumuş oldum. Etiraf edim ki, yazıçının adına nəzər yetirmədən oxumağa başladım. Əsər elə sehirlədi ki, yalnız bitirəndə fərqinə vardım.
Qeyd edim ki, heç də peşman deyiləm. " Həyat təsadüflərlə doludur "və tam əksini ifadə edən " Həyatda təsadüf olan heç nə yoxdur " cümlələrinin hər ikisi burada yerinə düşər. Hər iki halda qızıma təşəkkür edirəm. Əsər haqqında isə yazıçının xahişini yerə salmayacağam. NO COMMENT.