Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

En Beğenilen Əsərləri Gönderileri

En Beğenilen Əsərləri kitaplarını, en beğenilen Əsərləri sözleri ve alıntılarını, en beğenilen Əsərləri yazarlarını, en beğenilen Əsərləri yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Ay ariflər, gəlin sizə söyləyim, Kəsilib üstümdən yar nişanası. Dost uzaq olmaqla könül yad olmaz, Ölüncə qəlbimdə var nişanası...
Oğrun-oğrun daldalardan baxırsan, Alırsan cəsəddən canı, sevdiyim! Müjganların sinəm üstə çaxırsan! Tökürsən bədəndən qanı, sevgilim! Dolandım dünyanı, gəzdim baş-başa, Sənin kimi gözəl görmədim haşa, Qərq oldum dəryaya, düşdüm ataşa, Od alıb əndamım yanı, sevdiyim! Haçan doymaq olar belə bir yardan? Buxağı büllurdan, sinəsi qardan. Kəsmə iltifatın, salma nəzərdən, Ələsgər tək binəvanı, sevdiyim!
Reklam
Xudam səni nə xoş gündə yaradıb, Meylim axır sənə sarı, görəndə. Həsrətindən yüz yara var sinəmdə, İnsaf elə, birin sarı, görəndə.
Göz baxanda, könül doymur zalımdan, İstəyirsən məni qına, gözəldi.
Yazıq Ələsgərə çoxdu zavalın, Aparır ağlımı günəş camalın. Nə göyçək görünür üzündə xalın, Gülgəz zənəxdanın xala yaraşır.
Reklam
İsmin üç hərifdi, ay çeşmi-xumar, Biri "mim"di, biri "nun"du, biri "sin". Həsrətindən yüz min gizlin dərdim var, Kimsəm yoxdu, açam deyəm birisin. Siyah zülfün nə tökübsən yana sən?! Ya hurisən, ya pərisən, ya nəsən? Demədim ki, eşq oduna yanasan, Mən dedim ki, dur qıraqdan bir isin.
Əl uzaq, qəlbim yaxın, Bələdəm hər bir halına; Görcəyim valeh oldum Həbəşi xəttü xalına.
Tellərin.
Ay qız, sənin nə vədəndi, Kəsilib qısa tellərin? Kəlağayı əlvan, qiyqacı, Üstündən basa tellərin. Yanaqların güldü, solmaz, Oxladın, yaram sağalmaz. Qaşın cəllad, gözün almaz, Bağrımı kəsə tellərin. Bağban ağlar bar ucundan, Xəstə ölər nar ucundan. Ələsgərtək yar ucundan Batıbdı yasa tellərin.
DÖNÜBDÜ
Fələyin qǝhrindən, el töhmətindən Dərdim artıb, bir ümmana dönübdü. Dostun firqətindən, yar həsrətindən Bahar mana zimistana dönübdü. Eşqin girdabında düşmüşəm ləngə, Torbakeşlər tənə qılır peşəngə, Gürbə şirə dönüb, muşlar pələngə, Bəqə qızıb, kərgədana dönübdü. Arif, bu sözləri fikr eylə dərin, Artırma dərdini sən Ələsgərin. Qiblənüma məhəbbətli dilbərin Meyli bizdən qeyri yana dönübdü.
Sayfa 42
86 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.