Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Öne Çıkan Əsərləri Gönderileri

Öne Çıkan Əsərləri kitaplarını, öne çıkan Əsərləri sözleri ve alıntılarını, öne çıkan Əsərləri yazarlarını, öne çıkan Əsərləri yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
"Gəl, ey mehri-məhəbbətim"
Gəl, ey mehri-məhəbbətim, Üzün məndən niyə döndü? Ağzı şəkər, ləbi qəndlim, Üzün məndən niyə döndü? Ayrılıqdan ölüm yeydi, Həsrətin qəddimi əydi. Nə dedim, xətrinə dəydi, Üzün məndən niyə döndü? Aşığa yoxdu qadağa, Müştaqdı dilə, dodağa. Ələsgər sana sadağa, Üzün məndən niyə döndü?
DÖNÜBDÜ
Fələyin qǝhrindən, el töhmətindən Dərdim artıb, bir ümmana dönübdü. Dostun firqətindən, yar həsrətindən Bahar mana zimistana dönübdü. Eşqin girdabında düşmüşəm ləngə, Torbakeşlər tənə qılır peşəngə, Gürbə şirə dönüb, muşlar pələngə, Bəqə qızıb, kərgədana dönübdü. Arif, bu sözləri fikr eylə dərin, Artırma dərdini sən Ələsgərin. Qiblənüma məhəbbətli dilbərin Meyli bizdən qeyri yana dönübdü.
Sayfa 42
Reklam
Ürəyimdə yüz dərmansız yaram var;
Sayfa 41 - Şərq-Qərb NəşriyyatıKitabı okudu
Gözəl, sənin nə vədəndi, Kəsilib qısa tellərin? Kəlağayı əlvan, qıyqacı Üstündən basa tellərin. Yanaqların güldü, solmaz, Oxlasan, yaram sağalmaz. Qaşın cəllad, gözün almaz, Bağrımı kəsə tellərin. Bağban ağlar bar ucundan, Alma, heyva, nar ucundan. Ələsgər tək yar ucundan Batıbdır yasa tellərin.
Görənlər mail olur Gül camala, şəhla gözə; Bir kamil mirzə gərək, Vəsfini dəftərə yaza;
Sayfa 155 - Şərq-Qərb NəşriyyatıKitabı okudu
Dеmək nə lazımdı, özün bilirsən, Bir gün yaranırsan, bir gün ölürsən. Arsız-qəmsiz nə gününə gülürsən?!
Sayfa 55 - Şərq-Qərb NəşriyyatıKitabı okudu
Reklam
Dövlət getdi, hörmət qalxdı aradan, Qapımızdan dost ayağı kəsildi.
Dövlətə güvənib, gül tək açılma, Çox sənin tək güllər soldu dünyada.
Sayfa 43 - Şərq-Qərb NəşriyyatıKitabı okudu
Bivəfanın, müxənnəsin, nakəsin, Doğru sözün, düz ilqarın görmədim. Namərdin dünyada çox çəkdim bəhsin, Namusun, qeyrətin, arın görmədim. Namərdi özümə mən dost eylədim, Yolunda canıma çox qəsd eylədim, Söyüddən bağ saldım, peyvəst eylədim, Almasın, heyvasın, narın görmədim. Nəfs aldatdı, hər yetənə xan dedim, Bihudə kollara gülüstan dedim, Əbəs yerə bivəfaya "can" dedim, Zəhmətin çox çəkdim, karın görmədim...
Hər könül özünə bir padişahdı
Sayfa 186 - Şərq-Qərb NəşriyyatıKitabı okudu
86 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.