Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Əsərləri Gönderileri

Əsərləri kitaplarını, Əsərləri sözleri ve alıntılarını, Əsərləri yazarlarını, Əsərləri yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Oğrun-oğrun daldalardan baxırsan, Alırsan cəsəddən canı, sevdiyim! Müjganların sinəm üstə çaxırsan! Tökürsən bədəndən qanı, sevgilim! Dolandım dünyanı, gəzdim baş-başa, Sənin kimi gözəl görmədim haşa, Qərq oldum dəryaya, düşdüm ataşa, Od alıb əndamım yanı, sevdiyim! Haçan doymaq olar belə bir yardan? Buxağı büllurdan, sinəsi qardan. Kəsmə iltifatın, salma nəzərdən, Ələsgər tək binəvanı, sevdiyim!
Dərdim çoxdu, dindirməyin həzarat! Məni bir alagöz ceyran öldürür. Qılıncsız, tüfəngsiz alır canımı, Kimsə bilmir, pünhan-pünhan öldürür. Heç bilmirəm neyləmişəm, neylərəm, Xəncər alıb, qara bağrım teylərəm, Bir canım var, yara qurban eylərəm, El desin: "Aşiq də qurban öldürür". Ələsgərəm, bir gözələ mehmanam, Ölməyincə çətin dönəm, usanam, Əzrayılı qanlı tutmasın anam, Məni bir kirpiyi peykan öldürür.
Reklam
İstər dara çəkdir, istər qul eylə, Qoymuşam əmrinə qol, incimərəm. Həsrətindən Məcnun oldum səhrada, Alırsan canımı al, incimərəm.
Ay ariflər, gəlin sizə söyləyim, Kəsilib üstümdən yar nişanası. Dost uzaq olmaqla könül yad olmaz, Ölüncə qəlbimdə var nişanası...
Göz baxanda, könül doymur zalımdan, İstəyirsən məni qına, gözəldi.
Eşidin, məclisdə arif olanlar, Sərrafam, gövhərim, kanım gedibdi. Ah çəkibən, yar yoluna baxmaqdan, Yəqin bilin, yarı canım gedibdi. Nazik barmaqlıdı, şümşad əllidi, Ayna qabaqlıdı, siyah tellidi, Şəkər söhbətlidi, şirin dillidi, Tuti kimi xoş zəbanım gedibdi.
86 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.