Staylzda Müəmmalı Hadisə

Agatha Christie

Öne Çıkan Staylzda Müəmmalı Hadisə Gönderileri

Öne Çıkan Staylzda Müəmmalı Hadisə kitaplarını, öne çıkan Staylzda Müəmmalı Hadisə sözleri ve alıntılarını, öne çıkan Staylzda Müəmmalı Hadisə yazarlarını, öne çıkan Staylzda Müəmmalı Hadisə yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
256 syf.
·
Puan vermedi
·
11 saatte okudu
Aqata Kristi - Staylzda müəmmalı hadisə Agatha Christie - The mysterious affair at styles •Müəllifin ilk detektiv romanıdır. •Hamının sevdiyi personaj Erkül Puaro Aqata Kristinin ilk romanından tanınıb və onun 33 roman, 51 hekayəsində əks olunub. Bu qəhrəman onun son romanlarının birində vəfat edir və maraqlıdır ki, naşirlər bu kitabı çap eləməkdən boyun qaçırırlar. Bu səbəbdən də əsər yazıldığı müddətdən çox gec çap olunur. •Aqata Kristinin qələmindən oxuduğum bir neçə kitabdan biridir. Hansı ki, müəllifin "On zənci balası" əsəri ilə birgə ən çox bəyəndiyim romanları sırasına daxil oldu. •Əsərdəki hadisələr çox maraqlı süjet xəttinə malikdir. Hadisələrin gərginliklə davam etməsi əsəri yarıda buraxmağa qoymur. Çünki oxucu hadisələrin necə, hansı istiqamətdə və nə ilə nəticələnib bitməsini öyrənmək üçün can atır. Çox bəyəndim, oxumağı tövsiyə edirəm və əminəm ki, detektivlə maraqlananların daha çox diqqətini çəkəcək. •Tərcüməyə gəldikdə isə, bəzi yerlərdə qrammatik səhvlər gözümdən qaçmadı. Ümid edirəm, növbəti nəşrlərdə bu qüsurlar aradan qaldırılacaq. Xoş mütaliələr!
Staylzda Müəmmalı Hadisə
Staylzda Müəmmalı HadisəAgatha Christie · Qanun Nəşriyyatı · 03,041 okunma
Təxəyyül yaxşı yol yoldaşıdır, amma bələdçi kimi heç nəyə yaramır. Adətən, ən sadə izah doğru çıxır.
Reklam
256 syf.
7/10 puan verdi
·
Beğendi
#Aqatayasəyahət
Deməəək,kitab Aqatanın olsun,pis olsun?Elə şey çox nadir göründüyündən bu düşüncəni bir kənara qoyub kitab haqda danışım. Kitab əslində "Dindirilmə" bölümünə qədər durğun gedir.Düzdür, bir qətl olur,qatil axtarılır,amma bu zatən dedektiv kitabından gözlədiyimiz bir şey olduğundan təəccüb doğurmur.Durğunluğun ən böyük səbəbi dəlillər üzərindən araşdırmanın anlaşılmazlığıdır.Amma bu bölümdən sonra hadisələr daha sürətli,daha əyləncəli və daha maraqlı keçir.Əgər dedektiv kitablarına qarşı xüsusi sevginiz varsa,o ilk başdakı durğunluq da rahat keçəcək, çünki əgər siz də xəfiyyə ilə birgə qatili axtarırsınızsa,o dəlillər dəyərli bir xəzinədir. Əsərdə araya sərpişdirilmiş kiçik yumorlar insana ləzzət verirdi. Yenə həmişəki kimi qatili biləndə şok olursan.Qatili öz beynində tapanda o dəqiqə başqa bir şey olur,fikir dəyişdirməli olursan. Əsərdə sevmədiyim məqamlar: 1)Qeyrətsiz kişi yığını—> bəli,bəli. Məsələn: öz xanımını başqa kişi ilə tək qoyub gedən kim,başqa adamın xanımına baxıb "necə gözəldir!" deyib onu yuxusunda görən kim, öz arvadını aldadan kim. 2)Qarşı tərəfdəki sevgi hissini oyatmaq üçün qısqanclıqdan istifadə edən xarakterlərin varlığı 3)Əsəri bizə danışan Hastinqin (Digər əsərlərdə də Puaronun köməkçisi) yarı kütbeyin olması. Əsərdə ən çox keçən dioloq: P:Siz doğurdan da anlamadınız? H:Xeyr,anlamadım. P: ... hadisəsi belə olmuşdur H: Axı ....? Artıq üsyan edirdim ki,"Puaro, yetər,bu adam gerizekalıdır, anlamır,əl çək" Səhifə:255 Janr:Dedektiv Rəy: 7/10
Staylzda Müəmmalı Hadisə
Staylzda Müəmmalı HadisəAgatha Christie · Qanun Nəşriyyatı · 03,041 okunma
Yuxarıların işinə yarımaq, bununla da aşağı mövqedən çıxıb yuxarı dairələrə düşmək istəyi insanın xislətindədir.
Əgər sirri iki nəfərdən çox adam bilirsə, deməli, bu, artıq sirr deyil.
Sayfa 163Kitabı okudu
Təmiz vicdanı olan insanlar həmişə möhkəm yatır.
Sayfa 118Kitabı okudu
Reklam
1.000 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.