Studentlər Gönderileri

Studentlər kitaplarını, Studentlər sözleri ve alıntılarını, Studentlər yazarlarını, Studentlər yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Siz də mi ağlaya bilirsiniz? - deyə maraqla soruşdu: –Bəli,bəzi vaxt insan üçün göz yaşlarından əziz, ondan yavıq bir dost ola bilməz.
Halbuki dinlə elm bir-birinə düşməndir; həmişə vuruşublar, qiyamətədək də vuruşacaqlar.
Reklam
Amerikanın yeni dinə ehtiyacı yoxdur. Amerikanın dini sənaye və ticarətdən ibarətdir. Amerikada xalq o qədər işə məşğuldur ki, başlarını qaşımağa belə macalları yoxdur. Din axtarmaq işsizlik əlamətidir. Din və məzhəb icadi şərqlilərin inhisarındadır. Ömrümüzü o qədər işsizliklə, xəyal və mövhumatla keçiririk ki...
Əli: – Rüstəmbəy, - dedi, - individualist olduğumu bilirsən;insandan qaçaqlığım da bəlli... Artıq izahata lüzum varmı? Bir müddət susdu, sonra yenə üzündə əzab ifadəsi göstərərək sözlərinə davam etdi: – Həyatın məqsədini anlamıram: "Nə üçün yarandıq?" sualı beynimi yara etmişdir, həllindən acizəm. Dini kitabları oxudum,mənə yol göstərə bilmədi,fılosofları tədqiq etdim, məni qane etmədilər...Yolu büsbütün itirdim, bədbin oldum, özümü öldürməyə qalxmışdım, cəsarətim yetişmədi...Yenə fəlsəfəyə döndüm:Şopenhaueri, Qartmanı diqqətlə oxudum, bunlar da məni doyurmadı.İndi Ömər Xəyyam vəziyyətində yaşayıram,o,guşeyi-xərabətdən, mən də nərdtaxtadan zövq alıram. Əli tühaf bir gülüşlə sözlərinə xitam verdi.
Sayfa 124Kitabı okudu
- Ukrayna, - dedi, - fürsəti əldən buraxmır, cəbhədən ukraynalıları yavaş-yavaş çəkib milli ordu təşkil edir; müvəqqəti hökümətdən muxtariyyətinin tanınmasını tələb edir; məktəb və idarələri milliləşdirir; milli nəşriyyata çalışır... Tələbəlik zamanımızda Kiyevdə Ukrayna dilinin danışıldığını eşitməmişdik. İndi yavaş-yavaş eşidilməyə başlandı.
Sayfa 277Kitabı okudu
Bu anarxiyadan böyük bir şey doğacağına inanırdı. Düşüncəsinin birinci sırasını təşkil edən öz vətəni və öz milləti idi: Rüstəmbəy islamiyyət məfkurəsi ilə əlaqədar deyildisə, Turan idealı daşəyanlardandı.
Sayfa 248Kitabı okudu
Reklam
Geri114
148 öğeden 141 ile 148 arasındakiler gösteriliyor.