Motivasiya, şəxsi inkişaf mövzusunda yazılmış gözəl bir əsərdi. İstəyənlər, filminə də müraciət edə bilərlər
Sirr nədir? Həyatın sirri cazibə qüvvəsidir. Bu təkcə maddi aləmi əhatə etmir, bizim mənəvi dünyamızı da əhatə edir. Əslində, hər şey bizim əlimizdədi. Dünya gözəldi yoxsa pis? Xoşbəxtik yoxsa bədbəxt? Sağlamıq yoxsa xəstə? Bunların hamısı bizim düşüncələrimizdən asılıdır. Gəlin indi ətrafımızda olan gözəlliklərə baxaq: gözümüz, qulağımız, əlimiz, ayağımız var. Ailəmiz var. Təhsil alma imkanımız var. Xəyallarımız, məqsədlərimiz, arzularımız, qəlbimiz var. Ətrafımızda gözəl bir dünya var. Hər fəsil ayrı rəngə bürünən təbiət var. Yüzlərlə rəngarəng çiçəklər, bir-birindən fərqli heyvanlar var. Hər biri içində bir dünya daşıyan insanlar var. Sahib olduqlarımıza gözümüzün ucu ilə baxsaq, nə qədər varlı olduğumuzu görə bilərik. Dünyaya gözəl tərəfdən baxmalıyıq. İnsanlara da. Qarşımızdakı insanları tənqid etmədən öncə onların psixologiyasından xəbər tutmalıyıq. Nə biz kimdənsə üstünük, nə də kimsə bizdən. Səhvlərimizlə, düzlərimizlə insanıq. Heç birimiz ideal deyilik. Buna görə də heç kəsi qınama haqqına sahib deyilik. Əgər bütün düşüncələrimizi müsbət tərəfə yönləndirsək, bu zaman gözəl hadisələrlə qarşılaşacağıq. Gözəl baxsaq, qəlbimizi kin, nifrət, eqodan arındırsaq, qəlbimizin işığı ilə baxacayıq dünyaya. Gözəl fikirləşsək, gözəl şeylərlə qarşılaşacağıq. Təki istəyək. Bədbin yox, nikbin olaq. Xoşbəxtliyi qəlbimizdə tapaq