Kitabı oxuduqca insanı o qədər uzaqlara aparır ki və kitab bizi bir tərəfə aparmır. Sanki ruhumuzu bölür və hər bir parçasını tamamən fərqli yerlərə göndərir. Neyrofiziologiya, kibernetika, psixoanaliz, metafizika, fəlsəfə və daha nələr nələr. Hər biri haqqında adam neyronlarıma əzab verirdi. Balaca bi hissəsi haqqında danışmaq istəyirəm:
Gerçəklik nədir görəsən? Yaşadığımız həyat gerçəkdirmi ki? Heç də belə. Guya yuxu ilə həqiqəti ayıra bilirik? Əgər bunu duyğu üzvlərimizə görə bacarırıq desək bu yalan olar. Nəticədə yuxuda da görürük, eşidirik, hiss edirik, qoxunu alırıq və ya nəyisə dadırıq. Qısacası duyğu üzvlərimiz bu cəhətdən sinifdə qalır. Tək fərq yuxuda ardıcıllıq yoxdu, gerçəkdə isə ardıcıl olaraq hadisələri yaşadığımız üçün beynimiz bunu həqiqət olaraq adlandırır. Yoxsa hər gün yatanda ardıcıl şəkildə yuxular görsəydik onda artıq vəziyyət rusca olardı :d. Dərk edəmməzdik, hansı illüziya hansı realdı deyə. Ümumən beynimiz heç də düzgününü bilmir həmişə. Məsələn bizim beynimizi bir bankanın içinə qoysalar və lazımı mühitlə təmin eləsələr onda da elə biləcəkdik ki, hər şey güllük gülüstanlıqdı. Amma real? Real isə bir bədənin yox sadəcə beynini kukla kimi istifadə edirlər və nəticədə hər şeydən xəbərsiz fil yuxusunda yatmaq...