Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Xosrov və Şirin

Nizami Gəncəvi
Nizami Gəncəvinin "Xəmsə" toplusuna daxil olan ikinci poemadır. Əsər 1180-ci ildə fars dilində yazılmışdır. Nizami bu əsəri Atabəy Məhəmməd Cahan Pəhləvana (1173-1186) ithaf etmişdir. Əsərdə Cahan Pəhləvandan başqa, III Toğrul (1178-1194) və Qızıl Arslanın (1186-1191) da adları çəkilir.[1] Əsərin süjetinin əsasında Sasani şahnı II Xosrov Pərviz (590-628) və onun həyat yoldaşlarından biri olan Şirin haqqında şərqdə geniş yayılmış "Xosrov və Şirin" əfsanəsi durur. Hələ Nizamidən çox qabaq “Xosrov və Şirin” dastanını ilk dəfə Firdovsi (X əsr) “Şahnamə”nin tərkibində nəzmə çəkmişdir. Lakin Firdovsi əsərinin içində epizodik bir səhnə yaratmaqla “Xosrov və Şirin” dastanına yüngülcə toxunmuşdur. Bu mövzunu geniş planda işləməyi Nizami Gəncəvi öz öhdəsinə götürmüş və ilk dəfə “Xosrov və Şirin” mövzusunda məsnəvi yazmışdır. Bəzi tədqiqatçıların fikrincə isə Nizami Gəncəvi “Xosrov və Şirin”i Fəxrəddin Əsəd Gurganinin “Veys və Ramin” poemasının müstəqim təsiri altında yazmışdır.[2][3] Qısa müddət ərzində məşhurlaşmış əsərin müxtəlif dövrlərə aid onlarla əlyazmaları dünyanın müxtəlif muzey və kitabxanalarında saxlanılmaqdadır. "Xosrov və Şirin" poeması Nizamidən sonra yetişən şair nəslinin formalaşmasına ciddi təsir göstərmiş, müxtəlif şərq ölkələrindən olan onlarla şair bu əsərə nəzirələr yazmışlar.
Yazar:
Nizami Gəncəvi
Nizami Gəncəvi
Tahmini Okuma Süresi: 11 sa. 6 dk.Sayfa Sayısı: 392Yayınevi: Lider nəşriyyat
ISBN: 9789952417088Ülke: AzerbaijanDil: AzericeFormat: Karton kapak

Yorumlar ve İncelemeler

Tümünü Gör
392 syf.
10/10 puan verdi
·
17 günde okudu
Əfsanəvi "Xosrov və Şirin"
Fikirlərimi yazmaq üçün ən başdan, əsərin mənşəyindən başlayacam. Xosrov və Şirin realda mövcud olmuş tarixi şəxsiyyətlərdir, onların eşqi başlarda xalq arasında yayılıb dildən-dilə keçərək əfsanələşmişdir, daha sonra kiçik parçalar şəklində - yəni, əfsanələşmiş hadisənin hansısa motivini nəzm şəklində işləyən şairlər, eləcə də, tarixi məlumat
Xosrov və Şirin
Xosrov və ŞirinNizami Gəncəvi · Lider nəşriyyat · 0167 okunma
Reklam
510 syf.
7/10 puan verdi
·
7 günde okudu
"Xosrov və Şirin" əsəri "Xəmsə"nin ikinci kitabıdır. Sonunda Xosrovun, Şirinin həyatını, eşq macəralarını bildim. Hamının bildiyi Fərhadın Şirin üçün dağları yarmasının da səbəbləri aydın oldu. Tam bir məhəbbət dastanı) Eşqdir mehrabı uca göylərin, Eşqsiz, ey dünya, nədir dəyərin?!
Xosrov və Şirin
Xosrov və ŞirinNizami Gəncəvi · Lider nəşriyyat · 0167 okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.