Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Xudafərin Körpüsü

Fərman Kərimzadə

En Eski Xudafərin Körpüsü Gönderileri

En Eski Xudafərin Körpüsü kitaplarını, en eski Xudafərin Körpüsü sözleri ve alıntılarını, en eski Xudafərin Körpüsü yazarlarını, en eski Xudafərin Körpüsü yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Qəribədir bu dünya... Onu hamı sevir. Onun gözəlliyindən boynu vurulmaq üçün kötüyün yanına gətirilən, insanların xoşbəxtliyi naminə qurban gedən də, insanları ümidsiz qoyub qılıncı başa endirən də.
Sayfa 241 - Kitab KlubuKitabı okudu
On üç günlük ay işıq saça bilirsə, demək, aydı.
Sayfa 309 - İsmayılKitabı okudu
Reklam
448 syf.
7/10 puan verdi
·
8 günde okudu
Fərman Kərimzadənin yaradıcılığından oxuduğum ilk kitab olan "Xudafərin körpüsü"ndə Şah İsmayıl Xətainin ana babası Uzun Həsənin dövründən onun hakimiyyətə gəlməsinə qədər olan zaman kəsiyindən söhbət açılır. Əsər çoxşaxəli və axıcı idi. Hadisələr əla işlənmişdi. Amma I hissə daha maraqlı idi. Bir neçə amilə görə kitaba möhtəşəm deyə bilməyəcəyəm. (XXX SPOİLER OLA BİLƏR XXX) 1. Qeyd olunub ki, sən demə, Səfəvilər əslində İmam nəslindən deyillərmiş. Bu fikir məni sarsıtdı... 2. İsmayıla yalandan "Zamanın sahibi" təxəllüsü verilmişdi. Maraqlıdır, görəsən, tarixdə belə bir hadisə olub? 3. Bəzi yerlərdə dinə qarşı sözlər var idi... 4. Aləmşahbəyimin ölümü tarixdəki kimi qələmə alınmamışdı, fikrimcə. Çünki bir sıra mənbələrə görə, o xanım 1522-ci ildə vəfat edib, hətta İsmayılın onu sünni məzhəbli olduğuna görə edam etdiyini deyənlər də var(inanmağım gəlmir bu versiyaya). Bu nüanslara görə əsəri müəyyən qədər bəyənmədim. Amma ümumi olaraq yaxşı idi. Xoş mütaliələr :)
Xudafərin Körpüsü
Xudafərin KörpüsüFərman Kərimzadə · Kitab Klubu Nəşriyyatı · 2019156 okunma
Adam sevindiyindən də ağlayar mı, ana? - Ağlayar, oğlum, ağlayar.
Sayfa 5 - Kitab KlubuKitabı okudu
Görürsən, buludlar günəşin qabağını kəsib. Amma bulud nədi?! Heç nə. O əriyib gedəcək. Günəş isə elə günəşdi.
Ağac ağacdı, kəsirsən, pöhrə verib yenə elə həmin ağac olur. Meyvəsi, barı da həmin. Amma insan niyə belədi?! Oddan kül törəyir.
Sayfa 45 - Kitab KlubuKitabı okudu
Reklam
Sevincdən ağlamaq, gülməkdən daha gözəldir.
Sayfa 58 - Kitab Klubu.Kitabı okudu
İnsan xoşladığı canlıları tumarlayır. Amma kəpənək tumardan ölə bilər. - Öldürmərəm, saxlayacağam. Onda sən də bizi buraya salanlar kimi insafsız olarsan. - Kəpənəkdən də dustaq olar? Saxlasan olar.
Sayfa 109 - Kitab KlubuKitabı okudu
Allahlıq, kamillik insanın daxilindədir. Əgər o özünü hazırlayıb, ruhən bu yüksəklikdə dayana bilirsə, yer üzündəki xeyir əməllər onun iradəsindən aslıdırsa o, haqdır!
Sayfa 149 - Kitab KlubuKitabı okudu
Qorxaqlıq öz gücünə həddən artıq güvənməkdən betər bəladır
Sayfa 232 - Kitab KlubuKitabı okudu
168 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.