Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Xudafərin Körpüsü

Fərman Kərimzadə

En Beğenilen Xudafərin Körpüsü Gönderileri

En Beğenilen Xudafərin Körpüsü kitaplarını, en beğenilen Xudafərin Körpüsü sözleri ve alıntılarını, en beğenilen Xudafərin Körpüsü yazarlarını, en beğenilen Xudafərin Körpüsü yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Avqust ayında oxumağı planlaşdırdığım kitablar:
1.Piraye(Canan Tan)
Piraye
Piraye
✅ İncələməsi #136133525 2.Ben masumum (Kübra Oktay)
Ben Masumum
Ben Masumum
✅ İncələməsi 3.Şahzadə və dilənçi (Mark Tven)
Şahzadə və Dilənçi
Şahzadə və Dilənçi
✅ İncələməsi #136946024 4.Ölümü özün seç (Çingiz Abdullayev)
Ölümü Özün Seç
Ölümü Özün Seç
✅ İncələməsi #133365520 5.Yeni cəngavər qadınların qəbiləsi (Çingiz Abdullayev)
Yeni Cəngavər Qadınların Qəbiləsi
Yeni Cəngavər Qadınların Qəbiləsi
✅ İncələməsi #136946318 6.Kod adı sakallı (Akif Bektaş)
Kod Adı Sakallı
Kod Adı Sakallı
✅ İncələməsi #136946606 7.Hacı Murad(Lev Tolstoy)
Hacı Murad
Hacı Murad
✅ İncələməsi #136947288 8.Qılınc və qələm (Məmməd Səid Ordubadi)
Qılınc və Qələm
Qılınc və Qələm
✅ İncələməsi #136834402 9.Xudafərin körpüsü (Fərman Kərimzadə)
Xudafərin Körpüsü
Xudafərin Körpüsü
✅ İncələməsi 10.Kimyagər (Paulo Coelho)
Kimyagər
Kimyagər
✅ İncələməsi #136350727 Görək bu qədəri çatdıra bilərikmi,yoxsa daha da artırarıqmı?
Allah bu vətən uğrunda canından keçən bütün şəhidləri rəhmət eləsin.
Vətən hamımızın beşiyi və hamımızın da məzarıdır. Onu qanımızla sulayıb, sümüyümüzlə bərkitməsək heç vaxt möhkəm və barlı -bəhərli olmaz.
Sayfa 410 - Kitab KlubuKitabı okudu
Reklam
İnsan xoşladığı canlıları tumarlayır. Amma kəpənək tumardan ölə bilər. - Öldürmərəm, saxlayacağam. Onda sən də bizi buraya salanlar kimi insafsız olarsan. - Kəpənəkdən də dustaq olar? Saxlasan olar.
Sayfa 109 - Kitab KlubuKitabı okudu
Bu dünyada hökm versən də, o birisi dünyada cavab verməli olacaqsan.
Sevincdən ağlamaq, gülməkdən daha gözəldir.
Sayfa 58 - Kitab Klubu.Kitabı okudu
389 syf.
9/10 puan verdi
·
Beğendi
·
7 günde okudu
♧Tarixin silinməz izləri♧
Spoilər ola bilər... Bir tarixçi olaraq tarix əsərlərini oxumağa bu ildən başlamışam doğrusu və yaxşı ki,başlamışam...Xudafərin körpüsü Fərman Kərimzadə yaradıcılığının 3 hissəli əsərlərindən ilkidir.Kitabda Səfəvilər dövründən bəhs edir, Şah İsmayıl Xətainin yaşamını tam şəkildə əks etdirir. Əsərdə onun yaradıcılığa necə başlaması,özünü Sahibi Zaman kimi təqdim etməsi,Şirvanla olan münasibətlər və s. Əks olunub. Azərbaycan tarixinin bu dövrünü bilmək istəyən hərkəsə tövsiyə olunası bir əsərdir. Xoş mütaliələr...♡
Xudafərin Körpüsü
Xudafərin KörpüsüFərman Kərimzadə · Kitab Klubu Nəşriyyatı · 2019156 okunma
Reklam
442 syf.
·
Puan vermedi
·
7 günde okudu
Azərbaycan Tarixi ilə maraqlan oxucular mütləq göz gəzdirməli olduğu əsərlərdən biridir. Tarixi romanda XIV əsrin sonu XV əvvəllərində baş vermiş hadisələr haqda söhbət açılır. Əsərdə Azərbaycan tarixində xüsusi rolu olan böyük dövlət xadimi, gözəl şair, bacarıqlı sərkərdə Şah İsmayıl Xətainin uşaqlığı və gəncliyi haqda məlumat toplamaq üçün gözəl vasitələrindən biridir. Əsərdə Şah İsmayılın uşaq yaşlarında yaşadığı keşməkeşli həyatından başlayaraq Təbriz -Səfəvi taxtına əyləşdiyi ana qədər ki hadisələr müfəssəl şəkildə qeyd olunub. Bu əsərdə həm də Azərbaycan tarixinin böyük hökmdarlarından Həsən Padşah Bayanduri ilə yanaşı şərqin ilk diplomat xanımı Sara Xatun, Şeyx Heydər, Əbih Sultan kimi tarixi şəxsiyyətlərindən də yadda qalan obrazları yaradılıb. Bütün tarix sevən oxucuların nəzər yetirməli olduğu əsərlərdən biridir. Xudafərin Körpüsünə qovuşduğumız bu zamanlarda inşallah bu əsəri ekran işi olaraq görmək də nəsib olar
Xudafərin Körpüsü
Xudafərin KörpüsüFərman Kərimzadə · Kitab Klubu Nəşriyyatı · 2019156 okunma
Yer yox ikən, göy yox ikən, ta əzəldən var idim. Göhvərin yekdanəsindən irəli pərgar idim. Gah Hüseynlən belə pustumu soydu qazilər. Gah o Mənsur donuna girdim,"ənəlhəqdar"idim. On səkkiz min aləmə mən gərdiş ilə gəlmişəm. Ol səbəbdən haqq ilə sirdar idim, sərdar idim. Mən Xətaiyəm, haqqı haqq tanımışam bigüman Onun üçün ol yaratdı, mən ona dərgar idim... ŞAH İSMAYIL XƏTAİ
Sayfa 313Kitabı okudu
Öz saydığını neyləyirsən? Fələyin də saydıqlarından xəbərin olsun.
Sayfa 227Kitabı okudu
Hökmdarlar belə zindanlar tikmək, insan zəkasını buxovlamaq üçün gəlir. Sən də elə buna çalışırsan. Onsuz da mən azadam. Cismani olaraq zindandayam, ruhən isə buludlar kimiyəm. Biz “ənəlhəq” demişik
Sayfa 148 - Hürufi qocanın Rüstəm Mirzə ilə söhbətindənKitabı okudu
168 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.