Uzun zaman öncə oxuduğum kitabın bu gün sonuncusunu bitirdim. Kitab başlanğıcda çox geridən başladı. Nə yalan deyim bəzi hissələri unutmuşdum və bu sayədə kitabın tamamını xatırladım. Kitabın mövzusu,məzmunu çox gözəl və ilgi çəkicidi. Amma kitab boyunca eyni senaryoların davamlı təkrar olunması biraz can sıxıcı idi. Bəzi yerlərdə artıq bu qədərdi bəsdi deyib əsəbləşdiyim yerlər oldu. Amma yenədə səbirlə sonuna qədər oxudum və son hissələr məsələn, "yabancı" adlı bölümü çox möhtəşəm idi.
Doğa suda boğularkən son anda Ediz onu öldürməkdən imtina edir və sudan çıxarır. Bu hissədən sonra hadisələr zincir kimi davam edir. Doğanın atasının qəddarlığı və uşaqlarına qarşı olan soyuqluğu çox acıqlı idi. Doğa bu intiqam oyunun bitməsini istəsədə Ediz intiqam alınmadan durmaq istəmirdi. Kitabda durmadan polislərdən qaçan Ediz,Doğa, Gece, Uygar dördlüsü var. Gece bu kitabda çox sinir pozucu idi. Durmadan gerçəkləri deyir və Doğanı küncə sıxışdırırdı. Sadəcə özünü və sevdiklərini düşünən Gece artıq bütün bu qaçışlardan yorulur. Uygarın ölümü isə Geceni tamamilə məhv edir.
Dağ evinin yanma hissəsi də çox möhtəşəm idi. Doğanın qəza keçirməsi çox gözlənmədik oldu. Və kaş uşağı ölməsəydi. Edizin öldüyünü bildirən səhnələr isə o qədər depressif idi ki, oxuyarkən özümü bir məngənənin arasında sıxılırmış kimi hiss edirdim. Sanki qaranlıq otaqda divarlar üzərimə gəlirdi.
Son səhnədə isə Doğa və Edizin avtomobildə yola çıxarkən bitməsi çox yaxşı olub. Biraz fərqli olub düzdür,amma 800səhifəlik bir kitab üçün yetərli idi.