Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Yağış Kəsdi

Anar Rzayev
7/10
2 Kişi
2
Okunma
Beğeni
446
Görüntülenme
Anarın ilk kitabı 1961-ci ildə işıq üzü görmüşdür. Bu, Anarın görkəmli ədəbiyyatşünas Araz Dadaşzadə ilə birlikdə tərcümə etdiyi böyük Hind yazıçısı və mütəfəkkiri Robindranat Taqorun “Bağban” kitabıdır. Bundan sonra Anar “Bayram həsrətində” (1963), “Yağış kəsdi” (1968), “Ağ liman” (1970), “Molla Nəs- rəddin-66” (1970), “Adamın adamı” (1977), “Macal” (1973), “Beşmərtəbəli evin altıncı mərtəbəsi” (1982), “Dədə Qorqud” (1983), “Sizi deyib gəlmişəm” (1984), “Dünya bir pəncərədir” (1986), “Seçilmiş əsərlər” iki cilddə (1988), “Sizsiz” (1992), “Şəhərin yay günləri” (1992), “Şəhidlər dağı” (1995), “Otel ota- ğı” (1995), “Min beş yüz ilin Oğuz şeiri” (1999), “Dünya ədə- biyyatından tərcümələr” (2000), “Mübarizə bu gün də var” (2002), “Ağ qoç, qara qoç” (2003), “Azərbaycançılıq haqqında düşüncələr” (2003), “Əsərlər” altı cilddə (2003-2006) və s. kitablarını nəşr etdirmişdir. Bütün bu kitablar Anarın ədəbi-bədii irsinin olduqca zəngin və janr baxımından rəngarəngliyinin əyani sübutudur. O, şeir yaradıcılığı ilə məşğul olmuş, hekayə, povest, roman, dram yazmış, bir sıra tərcümələr etmişdir.
Yazar:
Anar Rzayev
Anar Rzayev
Tahmini Okuma Süresi: 3 sa. 17 dk.Sayfa Sayısı: 116Basım Tarihi: 1968Yayınevi: Gənclik
Ülke: AzerbaijanDil: AzericeFormat: Karton kapak

Yorumlar ve İncelemeler

Tümünü Gör
116 syf.
7/10 puan verdi
·
3 günde okudu
Gözlərimdən axan yuxu məni pərişan eləsə də nəhayət oxuyub bitirdim. Kitabda Anarın iki povesti - “Yağış Kəsdi” və “O gecənin səhəri”, bir pyesi - “Sizi Deyib Gəlmişəm” cəmlənib. İkinci qeyd etdiyim povestin sonluq cümlələri o qədər gözəl idi ki. Pyes isə Cəlil Məmmədquluzadədən bəhs edir. Lakin bir qədər fərqli şəkildə. Teatr tamaşası kimi yazılan bu pyesdə Cəlil Məmmədquluzadə və onun əsərlərindəki personajlar, onun dostları, o dövrün insanları çıxış edir. Məsələyə agah olmaq üçün məsləhətdir ki, ədibin külliyyatını oxuyaq. Oxuduqca “Molla Nəsrəddin” jurnalının nəşr olunduğu zamana gedirdim. Kitabın səhifə sayı az olsa da şriftlər kiçik olduğundan bir günə bitirmək olmur. Bununla belə, əldə etsəniz oxuyun. Məmnunəm, Anar Rzayev!
Yağış Kəsdi
Yağış KəsdiAnar Rzayev · Gənclik · 19682 okunma
Reklam
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.