Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Zəngəzur - Birinci Kitab

Əyyub Qiyas

Zəngəzur - Birinci Kitab Hakkında

Zəngəzur - Birinci Kitab konusu, istatistikler, fiyatları ve daha fazlası burada.

Hakkında

Roman daşnak dəstələrinin Zəngəzurda törətdiyi qırğınlardan bəhs edir. Hadisələr son dərəcə geniş və ətraflı təsvir olunur. Baş verən qırğın- ların təkcə bədii təsviri verilmir, həm də erməni şovinizminin “haradan qaynaqlandığı” gah açıq, gah üstüörtülü dillə ifadə olunur. Yazıçı fakt və dəlillərlə, eləcə də şahidi olduğu hadisələrin köməyi ilə ermənilərin məkrli siyasətini ifşa edir. Onların rəhbərlərinin rəzil portretlərini realist lövhələrlə yaradır. Ötən əsrin ortalarında çap olunan roman böyük səs-küy doğurmuşdu .Onu Ermənistan kitabxanalarından yığışdırmışdılar. Bəzi ermənilər isə əsəri tərifləyərək millətlərin qardaşlığına töhfə kimi dəyərləndirirdi. Təbii, “Zəngəzur”un sovet boyunduruğundan salamat çıxması üçün müəllif əsərində dostluq, qonşuluq motivlərinə geniş yer vermişdi. Əslində elə müharibəni pisləmək, fitnə-fəsada bais olanları tənqid etmək hər bir yazıçının vəzifəsidir. Bu mənada müəllif bütün xalqların sülh, əmin-amanlıq içində yaşamasını arzulayırdı. Öz millətini cinayətə təhrik edən birinci növbədə elə öz millətinin düşmənidir. Roman tarixdən dərs götürmək üçün bənzərsiz bir nümunədir və hər kəsin kitabxanasında olması vacibdir.
Tahmini Okuma Süresi: 14 sa. 17 dk.Sayfa Sayısı: 504Basım Tarihi: 2022Yayınevi: Qanun Nəşriyyatı
ISBN: 9789952382631Ülke: AzerbaijanDil: AzericeFormat: Karton kapak
Reklam

Yazar Hakkında

Əyyub Qiyas
Əyyub QiyasYazar · 1 kitap
Əyyub Qiyas 1968-ci il dekabrın 14-də Lənkəran şəhərində anadan olub. Ailəlikcə Sumqayıt şəhərinə köçdüklərindən orta təhsilini 1986-cı ildə burada başa vurub. M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Teatr sənəti" fakültəsində təhsilini davam etdirib (1986-1990). 1991-1993-cü illərdə Moskva Ümumittifaq Kinematoqrafıya İnstitutu nəzdində ali ssenari kursunda Yuri Nikolayeviç Arabovun sinfində qiyabi təhsil alıb. Azərbaycan EA Memarlıq və İncəsənət İnstitutunun qiyabi asipranturasında təhsilini davam etdirib. "Azərbaycan televiziya tamaşaları" mövzusunda tədqiqat üzərində çalışır. Sumqayıtda kimyaçıların Səməd Vurğun adına Mədəniyyət sarayında xalq teatrının rejissoru (1988-1990), "Cığırdaş" gənclik mərkəzi yaradıcı gənclərin teatr birliyinin direktoru (1990-1991), "168 saat" qəzetinin baş redaktorunun müavini (1991-1992), "Xəzər" jurnalının redaktoru (1992-1993) olub. Azərbmətbuatyayımı İB-nin Sumqayıt şəhərində fəaliyyət göstərən "Ziya" mətbuat yayımı agentliyində direktor vəzifəsində çalışıb (1993-1997-ci illər). Sumqayıtdakı "İnter-Press" mətbuat ticarət şirkətinin təsisçisi və icraçı direktoru olub (1997-2012). "Sahilsiz dəniz" dərgisinin baş redaktorudur (2004), "Ulduz" (2004-2014) və "Ulu çinar" (2011-2012), "Qobustan" (2014)dərgilərinin redaksiya heyətinin və AYB gənclər şurasının (2004-2014) üzvü, Prezident təqaüdçüsüdür. Bədii yaradıcılığa 1990-cı illərdən başlayıb. "Mən bir sapand daşıyam ki..." (şeirlər), "Qarışqa" (povest və hekayələr) kitabları nəşr olunub (1996). Bədii tərcümələrini qəzet və jurnallarda çap etdirib. 2016-cı ilin may ayından 2017-ci ilin yanvar ayına qədər Azərbaycan Respublikası Nazirlər Kabineti yanında fəaliyyət göstərən Tərcümə mərkəzində və "Xəzər" dərgisində redaktor işləyib. 2017-ci ilin yanvar ayından həmin ilin oktyabr ayına qədər "Qanun" nəşriyyatında redaktor olub. "Qara işıq" omanı 2004-cü ildə "İlin romanı" ədəbi kulturoloji mükafata layiq görülüb. "Ədəbiyyat" qəzetində gedən "Ədəbiyyat üzrə Nobel mükafatçıları" silsiləsindən olan tərcümələrinə görə 2016-cı ildə Əlibəy Hüseynzadə mükafatına, Belorus yazıçısı, Nobel mükafatı laureatı Svetlana Aleksiyeviçin "Müharibənin qadın olmayan üzü" romanının tərcüməsinə görə 2017 -ci ildə Mədəniyyət və Turizm nazirliyinin "Qızıl kəlmə" mükafatına layiq görülüb.