Dilarə- Cəfər Cabbarlı
Puan vermedi·96 syf.··
2026 4. kitabı
·
19 günde okudu
·
Okunma: 20 Mayıs 2026 23:34
​"Bəzən ən böyük həqiqətlər ən kiçik kitabların içinə sığır. Cəfər Cabbarlının 'Dilarə' hekayəsini bitirdikdən sonra bir daha anladım ki, klassiklərimizin dadı, onların illər keçsə də köhnəlməyən o dərin səmimiyyəti həqiqətən bir başqadır.🩵 ​'Mini Klassika' seriyasından olan bu kiçik kitab mənə çoxdan unudulmuş, bəlkə də gündəlik qayğılar arasında arxa plana atdığımız bir həqiqəti xatırlatdı: Alim olmaq asandır, amma insan olmaq... əsl çətinlik burdadır. ​Hekayədəki Aslanın fədakarlığı, təmənnasız sevgisi və qarşılığında gördüyü o soyuq münasibət insanı dərindən düşündürür. Biz çox vaxt uğur qazanmağı, dərəcələr əldə etməyi, elmin zirvəsinə qalxmağı hədəfləyirik. Amma Cabbarlı bizə pıçıldayır ki, əgər o elmin içində vicdan yoxdursa, əgər o bilik bizi daha mərhəmətli birinə çevirmirsə, deməli, bir yerlərdə nəsə çatışmır. ​Kitab rəfinizdə mütləq yer almalı olan, həcmi kiçik, amma mənəvi yükü dağlar qədər böyük olan bir əsərdir. Oxuyun, oxutdurun və ən əsası, içimizdəki o 'insanlığı' heç vaxt itirməyin." #cəfərcabbarlı #klassikler #kitabtövsiyəsi
DilarəCafer Cabbarlı · Xan Nəşriyyatı · 202424 okunma
Puan vermedi·636 syf.··
2025 13. kitabı
yalan demiyecem oxuyarken ureyim sixildi cox darixdirici geldi mene cunki klassika sevmirem(( Əsərin baş qəhrəmanı Rodion Raskolnikov adlı gənc tələbədir. O, kasıblıq içində yaşayır və dünyanı dəyişmək üçün “xüsusi insanlar”ın cinayət etməyə haqqı ola biləcəyini düşünür. Bu fikirlə yaşlı sələmçi qadını öldürür. Ancaq cinayətdən sonra vicdan əzabı, qorxu və psixoloji gərginlik onun həyatını cəhənnəmə çevirir. Sonunda o, Sonya adlı saf və imanlı bir qızın təsiri ilə cinayətini etiraf edir və cəza çəkmək üçün Sibirə sürgün edilir. Orada isə yeni bir mənəvi doğuluş yaşayır. Əsərin əsas mövzuları: Vicdan və günah Ədalət və cəza İnsan psixologiyası Yoxsulluq və sosial ədalətsizlik Sevgiylə mənəvi dirçəliş
Cinayət və CəzaFyodor Dostoyevski · Qanun Nəşriyyatı · 2013194,4bin okunma
Ters Köşe Final Sevenler Buraya!
Bazı hikâyeler tam tahmin ettiğin gibi ilerler. Bazılarıysa son sayfada tüm bildiklerini sorgulatır. 🤯 Ters köşeleri seviyorsan, seni sonuna kadar merakta bırakacak 3 kitap önerisini keşfetmeye hazır ol!
Puan vermedi·208 syf.··
2026 3. kitabı
·
20 saatte okudu
·
Okunma: 06 Şubat 2026 15:49
Klassika oxumağı hər nə qədər çox sevsəm də,yorucu olduğunu deməliyəm.Anna Kareninanı oxumaqdan olduqca zövq alıram,amma aradakı yorğunluğu azaltmaq üçün sadə dildə yazılmış,axıcı bir kitab oxumaq istədim. “Paralel oxuyaram”deyə başlamışdım,amma kitab o qədər axıcı irəlilədi ki,başa vurmadan dura bilmədim.Hadisələr əsla yormur,sürətli inkişaf edir və tez zamanda bitirmə istəyi hakim kəsilir.Yalnızlıqdan Şizofreniyaya kitabını oxuyub çox bəyənmişdim.Düşünürdüm ki,burada da nəsə oxşar bir sonluqla qarşılaşacağam,amma yanıldım.Hər oxuduğum kitab baxış bucağıma az da olsa öz təsirini göstərir.Bir daha niyə insanlardan qaçıb kitablara sığındığımı anlamış oldum.Ətrafımızdakı insanlara nə qədər güvənməli olduğumuzu bəzən bilmirik,amma güvənin harada bitməli olduğunu zamanla öyrənirik..Bəlkə də illər sonra “çox sarsıdıcı idi” deyə xatırlamayacağam,amma oxuduğum anlarda verdiyi rahatlıq və axıcılığı mütləq xatırlayacağam.İçərisində bəyəndiyim sitatlar çox idi,çalışdığım qədər paylaşım etmişəm. Hər kəsə xoş mütaliələr:)
Ölümdən Sonrakı ŞizofreniyaMirəsgər Muradlı · Qanun Nəşriyyatı · 2019122 okunma
7/10
·320 syf.··
2026 19. kitabı
·
3 günde okudu
·
Okunma: 05 Şubat 2026 21:15
Heminqueyin ən təsirli romanlarından biri. Müharibə səhnələrindən çox dialoqlar və gündəlik hadisələrə yer verilsə də dövrün şərtlərini kifayət qədər aydın çatdıra bilir. Bəzən bizim tenente və tibb bacısının əttökən dialolarını oxumağa məcbur qalırıq yaxud epizodik rollardakı obrazlarla əsas süjetə dəxli olmayan söhbətləri. Bütün bunlara baxmayaraq kitab əsl klassika sayıla bilər. Bu nəşrdə tərcümə və çap xətaları çox idi. Golden Gate-in Qızıl Darvaza olaraq tərcümə edilməsi də bunlardan biri.
Əlvida, Silah!Ernest Hemingway · Bakı Kitab Klubu · 20177,9bin okunma
Puan vermedi·83 syf.··
2026 1. kitabı
Uzun zamandır kitab oxumurdum və oxumağa “Şahmat” kitabından başladım. Məni qınamayın – uşaq yaşımda dünyanı tam dərk etmədən o qədər kitab oxumuşdum ki, hər şey sanki kitabdakı kimi görünürdü. Sonra isə bunun belə olmadığını anlayanda çox kədərləndim. “Şahmat” mənim üçün beynimi açmağa kömək edən bir növ yüngül idman oldu. Hər nə qədər Stefan Zweig-i çox sevməsəm də, bu əsər barədə fikirlərim müsbətdir. Bilinməyən qadının məktubundan sonra isə kitabı həqiqətən bəyəndim. Əgər bir gün qısa klassika və ya maraqlı, düşündürücü bir hekayə oxumaq istəsəniz, “Şahmat” əla seçimdir.
SatrançStefan Zweig · Türkiye İş Bankası Kültür Yayınları · 2020279,5bin okunma
Puan vermedi·112 syf.··
2025 45. kitabı
Ştefan Svayq - “Şahmat" Yazıçıdan oxuduğum ikinci əsər olan ‘Şahmat’, həm də ikinci dəfə oxuduğum kiçik həcmli klassika idi. Kitabda dünya səviyyəsində məşhur, istedadlı və professional bir şahmatçının kimliyi, uğurları və şahmat dünyasındakı nüfuzu təqdim olunmaqla yanaşı, eyni zamanda bir gəmi səyahətində onun haqqında keçmişindən xəbərdar olan bir şəxsin dedikləri əsasında onun əvvəlki həyatının nə qədər mənasız və boşa keçmiş olduğunu oxuyuruq. Həmin şəxs onun vaxtilə sönük, sefeh həyat yaşamış biri olduğunu deyir və bu fikirlər qarşı tərəfdə böyük maraq oyadır. Nəticədə isə gəmidə keçirilən turnir vasitəsilə həmin şahmatçı ilə oynamaq və onu daha yaxından tanımaq arzusu baş qaldırır. Kitab şahmatın sadəcə bir oyun deyil, əslində ifrat dərəcədə məntiq, dərin analiz və düşünmə tələb edən bir növ savaş olduğunu göstərir və oxucuya bu oyunun insan təfəkkürünə, psixologiyasına necə təsir etdiyini, hətta həddindən artıq düşündükdə “şahmat zəhərlənməsi” kimi ağır nevroloji vəziyyətlərə səbəb ola biləcəyini göstərir. Şahmatın kənardan maraqlı və sadə görünməsinə baxmayaraq, əslində bir neçə addım sonranı görmək, rəqibin növbəti gedişlərini əvvəlcədən hesablamaq kimi ciddi bir proses olduğunu vurğulayır. Bu hissələr maraqlı və bəyəndiyim məqamlar oldu.. Yazıçının dünya səviyyəli bir müəllif olduğunu danmaq olmaz və əsərin də milyonlarla oxucusu ola bilər, amma doğrudan da bu klassik əsərlər mənim maraq dairəmdə deyil. Çünki nə qədər qısa və oxunaqlı olsa da, ortalarında həddindən artıq sıxıldım, bir ara tamamilə hekayədən qopdum və yalnız sonlara yaxın yenidən bir az toparladım. Kiçik həcmli, təxminən bir saat ərzində oxuyub bitirə biləcəyiniz bu kitaba “Pis idi” - deyə bilmərəm. Maraq dairəmdə olmadığından və ümumiyyətlə klassiklərlə heç cür ulduzum barışmadığından
1000Kitap
ŞahmatStefan Zweig · Parlaq İmzalar nəşriyyatı · 2023279,5bin okunma