“Ne derse desin, annesi ona iyi geceler öpücüğü verseydi, onu kollarına alıp ninniler söyleseydi ve kendini güvende hissettirseydi o kadınları bu kadar rahat bir şekilde öldürür müydü?”
Kitabı oxuyub bitirdikdən sonra haqqında yazılan rəyləri oxuyanda çox adamın mövzunu tamamilə səhv anladığını gördüm. Hamı kitabın içindəki o ağır yetişkin səhnələrə, iyrəncliklərə, toksikliyə ilişib qalıb. Çoxu kitabı sadəcə ucuz bir porno romanı hesab edib kənara atır. Yazar ilk səhifədə olacaqları qısaca izah edib. Bunu oxuyub ona görə davam edib-edilməyəcəyini qərar versə oxucu kitabın əsl verdiyi dərsin nə olduğunu anlayan çox olardı
Amma heç kim oturub bu sualı vermir: Niyə? Bu insanlar niyə bu vəziyyətdədir? Ortadakı o iyrəncliklərə, pisliklərə yox, bir az da o insanların ruhunu öldürənlərə fokuslanmaq lazım deyilmi? Məncə, oxucuların bu cür səhv yerə fokuslanmasının ən böyük səbəbi elə yazarın özüdür. Müəllif o keçmiş travmalara, personajların daxili dünyasına tam fokuslansaydı, hər şey çox daha yaxşı və mənalı olardı. Əlində o qədər dərin mövzu var ikən, o, kitabı bəzəməyə, o ağır səhnələri ön plana çıxarmağa çalışıb və mövzunun əsl dərinliyini kölgədə qoyub.
Məncə bu kitab bir eşq hekayəsi deyil, tam mənası ilə psixologiyası alt-üst olmuş iki insanın travmalarının toqquşmasıdır. İnsanlar Robbie-nin canavarlığına baxıb nifrət edirlər. Bəli, adam qorxuncdur, amma onu bu hala salan, içine o qaranlıq toxumları əkən öz anası, öz ailəsi olub. Robbie durduğu yerdə bu canavara çevrilməyib.
Eyni şey Savannah üçün də geçerlidir. Hamı onun Robbie qarşısındakı acizliyinə, o xəstəlikli duyğulara niyə bu qədər tez təslim olmasına əsəbiləşir. Amma unudurlar ki, Savannah hələ 5 yaşında uşaq olarkən nələrə məruz qalıb. Bir qız uşağının ruhunu bu cür vəhşicəsinə öldürüblərsə, o qız