Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Azərbaycan ədəbiyyatı

Profil
Oktyabr şeiri
Kəsib tullayasan qollarını da, Yetim saxlayasan qucaqlarını... Biryolluq hamıdan çıxıb gedəsən, Bir it qucaqlaya ayaqlarını... Ay ağac, yazıqsan – qış ağacısan, Bu bekar torpağın boş ağacısan, Bilsəydim anamın baş ağacısan, O vaxt sındırmazdım budaqlarını... Qırmızı kəndirdə boynun dincələ, Ölüm də gələndə gülərüz gələ, Bir gün uzağlardan bir payız gələ, Deyə ki, qaytarın yarpaqlarımı!.. Şəhriyar del Gerani
#Qarabağ
Qarabağ təbiətin sərvətidir, varıdır, Azərbaycan yurdunun solmayan gülzarıdır. Hüsnü yaşıl bağları, vüqarı dağlarıdır… Başqa ətirlə açır qönçələr Qarabağda, Min ilin yorğunu da dincələr Qarabağda. ~Hikmət Ziya
Reklam
Sən ey fələklər qədər uca, dəyərli İnsan! Nazını çəkməkdədir bu yer, bu göy, bu kəhkəşan. Heç xəbərin varmı ki, səsin yetişir hara? Sənin zənn etdiyindən xeyli ucalıqlara! ~Nizami Gəncəvi
Söyləsəm təsiri yox, Sussam könül razı deyil. ~Füzuli
Volqada o taya, bu taya baxdım, Əksim suya düşdü... Sularda axdım... Arazda çiməndə sən lap uşaqdın... Araza oxşamır bu çayın rəngi, Ah, Səməd Behrəngi, Səməd Behrəngi! Sənmi gücsüz idin, arazmı dərin? Dərdi nə böyükmüş o sahillərin! Dözdün zillətinə ağır illərin! Alnında gəncliyin ümid çələngi, Qəlbində arzular... Səməd
Adam neçə dəfə ölüb-dirilər? Axı bir bədəndə neçə can olar? O ölən "sən"ləri yığsan bir yerə, Bəlkə də, bir yekə qəbristan olar.
Ramiz Rövşən
Ramiz Rövşən
Reklam
Hara çıxıb gedəsən? Getməyə yer də yoxdu... Vida etməyə adam, Sıxmağa əl də yoxdu... Daha yazmaq da olmur bu boyda tənhalığı... Bir az can sıxıntısı Bir az nigarançılıq Ürəyim boş, əlim boş ağlayıram, susuram Qapı zəngi çalınır, pəncərəyə qaçıram... Daha darıxmaq olmur, adam kimi darıxmaq... Mayın tam ortasında üşüyürəm, donuram. Sıxır məngənəsində məni soyuq divarlar. Bu qapının o tayı günəşlidir, istidir. Hardasa çox uzaqda öləziyən ümid var. Ən böyük faciədir kişi ümidsizliyi... Sən sonuncu ümidsən Bu yadlar arasında Bircə dəfə "getmə" de, qalım birgə yaşlanaq. Bircə dəfə dilindən gözəl səslənsin adım. Yaxşı xatırlayıram sonunucu gedişimi, Pencəyimi götürdüm, getdim və qayıtmadım... Bax, getsəm, bu küçələr səni darıxdıracaq
Cəlil Cavanşir
Cəlil Cavanşir
"Azərbaycan qadınlarının və bütün qadınların ən böyük düşmənlərindən biri də namus keşikçisi olmalarıdır. Kişi istədiyini və bir neçəsini birdən əldə edə bilər. Qadın isə ikincisinə göz ucuyla belə baxa bilməz. Bu, kişi üçün bir nadinclik, qadın üçün isə bir namussuzluq sayıla bilər. Halbuki hər ikisinin təşəbbüsünü doğuran eyni fizioloji hadisədir". •Cəfər Cabbarlı - Sevil
...Gözüm aydın, gözümə surəti canan görünür...
Gözüm aydın, gözümə surəti canan görünür, Məşki-ənbər saçaraq, ətrlə əfşan görünür. Allaha şükür edirəm, ey gözümün nuru, bu gün, Yar gəlib göz önünə, sərvi-xuraman görünür. Ayrılıq zəhrini daddım, acı da olsa, vüsal, İki dünyaya dəyər, eylə ki, hicran görünür. Səni bir dəfə görənlər güvənir eşqimizə, Nə üçün gözlərin, ey dil, belə giryan görünür? Eşqini canım ilə bəslədi birlikdə könül, Onsuz, ey sevdicəyim, can evi viryan görünür. Ey sənəm, vəslin ilə, eylə ki, şad oldu könül, Yırtdı qəm köynəyini, gül kimi xəndan görünür. Şadlığından alışıb yandı Nizami, dedi ki: "Gözüm aydın, gözümə surəti canan görünür"
Nizami Gəncəvi
Nizami Gəncəvi
32 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.