Gül Şiir

Gül Şiir

2 üye · 6 yeni gönderi
Əbədiyyət
Mən sənin nəğmənin əks-sədası, Könlünün tükənməz arzularıyam. Qışında bir ilıq payız havası, Yayında bir sərin quzey qarıyam. Gecə zülmətində, qaranlığında Qəfildən parlayan qəmərinəm mən. Kədərli çağında, qəmli çağında
Elə
Sən mənə ömürsən, sən mənə bahar, Sən elə bilmə ki, sən sənsən elə. Çəmənin çiçəyi nəyimə gərək, Mənə bənövşəsən, süsənsən elə. Bir zərif qönçədən dodağın zərif, Yanağında qoşa ulduz közərib, Yanında laləyə söylədim tərif, O vaxtan inciyib küsənsən elə. Tələs, harayıma çatmağa tələs, Tez çatsan, qəm mənə girişə bilməz. Əs, bahar nəfəslim, ürəyimə əs, Haçandı bir əsim əsənsən elə. 🍃
Məmməd Aslan
Məmməd Aslan
Reklam
Anasız, babasız Ofelya kimi Saçları pərişan bir qızdır eşqim. Qəlbimin buludlu səmalarında Titrəyən bir qərib ulduzdur eşqim!
Mikayıl Müşfiq
Mikayıl Müşfiq
Ey garib bülbül diyârın kândedir...
Ey garib bülbül diyârın kândedir, Bir haber ver gülizârın kândedir, Ey garib bülbül diyârın nerdedir?, Bir haber ver gül bahçesi nerdedir? Garip bülbülden maksat Niyazi Mısrı Hazretleridir. Bülbül kelimesi için tasavvufta bazı mutasavvıflar bil ve bul diyerek zevk etmişlerdir. Mevla ancak bilinerek bulunur. Bunun içinde bülbül daim yar adını
Tapmışam
Biçin günü: həyat oraq,can zəmi, Yaş kədəri götürübdür,can qəmi. İstəmirəm yeri, göyü,aləmi, Mən yerimi bir ürəkdə tapmışam. Səni görür tez açılır bənizim, Mən sahilin sən qoynumda dənizim. Çəmənlərin şeh gülüsən, əzizim. Oxşarını gül çiçəkdə tapmışam. Bu yaşımda gəlib çıxdın haradan? Naxış vurub sənə səni yaradan. Sənsən məndə bu sevgini yaradan, Eşqi səntək bir mələkdə tapmışam 🌸 © Nadir Məmməd
Gülüm
🌹 -Yatma, gülzarə ətir saç, bu nə röya dəmidir? - Bülbül ahəstə gülə söylədi: - Sevda dəmidir. Gül dedi: Eşqə düşənlər belə dalğın görünər, Aşiqəm, indi mənimçin də bu xülya dəmidir. Bülbülün qəlbi coşub söylədi: - Ey qönçə gülüm, Dinlə xoş nəğməmi, bu bülbüli-şeyda dəmidir. Meh əsib söylədi: - Bülbül necə sevməz gülünü, Yaz gəlib, indi gülün bağçada rəna dəmidir. Bir gözəl eşqinə, Mir Mehdi, yarat gündə qəzəl, Gülür ilham pərisi, təbinin əla dəmidir.
Mirmehdi Seyidzadə
Mirmehdi Seyidzadə
Reklam
105 öğeden 91 ile 100 arasındakiler gösteriliyor.