m

Mikayıl Müşfiq

2 üye · 1 yeni gönderi
Müşfiq alovlu şair olmaqla bərabər bir insan kimi də çox sadə, alicənab adam idi. O, hamının ürəyinə yol tapmağı bacarırdı. Onun ürəyində olan məhəbbət günəşinin şüaları insanın üzərinə nur salır, işıqlandırır, sevindirirdi. O məni həmişə "ruhum" deyə çağırırdı.
O ülvi bir xəyal, afaqi bir əl, Yaranmış hər ləziz nemətdən əzəl. Öylə bir gözəl ki, var ətri, qanı, O göylər mələyi, yerlər sultanı...
Mikayıl MüşfiqKitabı okudu
Reklam
Müşfiq♡
Mənim ən bədbəxt dəqiqəm şeirsiz keçən dəqiqədir.
Müşfiqi öldürdülər...
Müşfiqi öldürdülər Qarlı bir qış səhəri Dan yeri söküləndə Buzlu qarın üstünə İsti qan töküləndə Lərzəyə gəldi torpaq... Tükü də tərpənmədi Güllə atanın ancaq - Çaxmağı bir də çaxdı, Çaxdı o qansız, alçaq. Şair ölümdən qabaq Buludlu qış göyündə Açılan sübhə baxdı, Ölüm necə yaxındı... Həyat necə uzaqdı... Güllə xəlvət atıldı, Səsi illərə çatdı. O güllənin zərbəsi Xalqımızı illərlə Nəsil-nəsil ağlatdı...
Şairəm söyləyir yerindən duran. Adamın üzündə həya gərəkdir!
Sayfa 102 - Xan NəşriyyatıKitabı okudu
Mən öz məhəbbətimin qulu olmağımla fəxr edirəm, dedi.
Sayfa 37 - Xan nəşriyyatıKitabı okudu
96 öğeden 21 ile 30 arasındakiler gösteriliyor.