Karbala
Kərbəla mənim üçün sadəcə bir şəhər deyil, qəlbimdə xüsusi yeri olan, ruhuma toxunan müqəddəs bir məkandır. 2019-cu ildə o müqəddəs torpaqlara ayaq basmaq mənə nəsib oldu. O gündən bəri Kərbəlanı xatırladıqca qəlbimdə izahı çətin olan duyğular canlanır. Orada hiss etdiyim mənəvi ab-hava, insanların sevgisi, dualar və müqəddəs məkanların verdiyi hüzur tamam başqa idi. İmam Hüseyn əleyhissəlamın şücaəti, haqq uğrunda göstərdiyi misilsiz fədakarlıq, zülmə boyun əyməyən əzmi və Allah yolunda hər şeydən keçməsi məni həmişə heyran edib. Onun həyatı mənim üçün ədalətin, səbirin, ləyaqətin və iman uğrunda mübarizənin ən gözəl nümunəsidir. Hər il Məhərrəm ayında olduğu kimi, bu il də İmam Hüseyn əleyhissəlamın müsibətinə əza saxlayır, Kərbəla müsibətini xatırlayaraq kədərlənir və qəlbən onun dərdi ilə dərdlənirəm. Kərbəla hadisəsi mənim üçün sadəcə tarixi bir hadisə deyil, haqqın və insanlıq dəyərlərinin əbədi simvoludur. 2019-cu ildə o müqəddəs torpaqları ziyarət etmək mənə nəsib olsa da, hər il qəlbimdə yenidən Kərbəla və Nəcəfi ziyarət etmək arzusu yaşayır. Ümid edirəm ki, Uca Allah yenidən o müqəddəs məkanlara qovuşmağı nəsib edər və İmam Hüseyn əleyhissəlamın hüzurunda dua etməyi bir daha qismət edər. Kərbəla mənə öyrətdi ki, haqq yolunda olmaq bəzən çətin olsa da, ən böyük qələbə vicdanını, imanını və ləyaqətini qorumaqdır. Hüseyn əleyhissəlamın adı keçəndə qəlbi titrəməyən, Kərbəlanı xatırlayanda kövrəlməyən bir könül təsəvvür edə bilmirəm. Çünki Kərbəla bir tarix deyil, qəlblərdə yaşayan əbədi bir məktəbdir.
Qəlbim ən çox da səni sevdiyini deyib, əməlləri ilə bunun əksini göstərənləri gördükcə darıxır… Sevgi iddiası dillərdə qalıb, amma həqiqət addımlarda görünmür… Sanki hər kəs Kufə olub — söz verib, amma vəfasız çıxan… Və yenə də Kərbəla tək qalır, yenə də haqq azlıqda qalır…
Her çiçeğin bir mevsimi, her kitabın bir zamanı vardır. Haziranın tadını yeni hikâyelerle çıkarın.
İlahi, qəlbimdən Hüseyn sevgisini əsirgəmə; çünki bu sevgi sadəcə bir duyğu deyil, haqqı batildən ayıran bir nurdur. Məni tarixin içində ilişib qalan bir matəmə deyil, hər an diri olan bir şüura oyat ki, hər günüm Aşura, hər durduğum yer Kərbəla olsun. Zülm harada üz göstərirsə, mənim vicdanım orada oyansın; haqq susdurulanda, içimdə Hüseyn duruşu ayağa qalxsın. Sayın çoxluğu ilə deyil, həqiqətə sədaqətlə tərəf seçməyi nəsib et; adla yox, hal ilə Hüseynçi olmağı öyrət. Nəfsimin rahatlığını deyil, ruhumun doğruluğunu seçdir, İmam Hüseynin mənəvi yolunda sabitqədəm qərar ver.

Nuranə Məmmədli

@nurhosseini
·
Salam olsun qiyamətədək yolu aydınladan şəhadət nuruna…
Öz ürəklərimizlə Kərbəlaya, bu yolun rəhbəri olan Hüseynə və ondan sonra bu mübarizəni dəvam etdirən kimsələrə üz tutur, öz qəlbimiz, ağlımız və cismimizlə onlara bağlanır və bir arzu olaraq deyil, əməli surətdə deyirik: “Kaş sənin yanında olub, böyük qurtuluşa çatardıq”.
Sayfa 172·Kitabı okudu
Yezidin sarayında, qanlı-qadalı Kərbəla hadisəsindən azacıq sonra, əsirkən, susuzkən, qolu bağlı halda və bütün qətiyyətilə nə demişdi xanım Zeynəb: "mən (Kərbəlada) gözəllikdən başqa bir şey görmədim". Bu ifadə öztəsəlliydimi? Yoxsa acıq idi? Bəlkə qürur idi...? Xeyr!!! Gerçəyin lap özüydü! Sadəcə xanım o sözü deyəndə, və bütün aşura boyu təlli-Zeynəbiyyədən (Zeynəb təpəsi deyilən yerdən) uzaqlara, çox uzaqlara, ta bu günə qədər baxmışdı. Aşuranın mesajı, hədəfi, təsir arealı... yəni gələcəyi gözəl idi - xanım tez-tez boylandığı səmalarda məhz bunu görmüşdü, odur ki, bütün qətiyyəyi və bütün səmimiyyətiylə demişdi tarixi sözünü: Mən aşurada gözəllikdən başqa bir şey görmədim! ...Biz də baxa bilsək...uzaqlara! O közərən işığı görsək... İlişib qalmarıq bu gün ayağımıza batan tikanlarda, zarımaz, sarsılmaz, başımızı dik tutar və hey yürüyərik mübarək uzaqlara doğru. Deyərik ki: yaxınlar sizin olsun, uzaqlarsa mütləq bizimdir! İlqar Kamil
"Ben senin kalbine hiç mi dokunamadım? Hiç mi aklına gelip de bir boşluk hissetmedin ? Varlığım hiçbir iz bırakmadı mı, ben bu kadar mı kolay kaybolan bir anı oldum... "
1000Kitap
Kərbəla hələ də səhra deyil, vicdan sınağıdır