Pəncərəni açdım və namaz xalçasını yerə sərib dua etmək üçün hazırlaşdım.Birdən burnuma yağış qoxusu gəldi."Yağış?Səs gəlmir axı.Göy üzü də buludsuz idi.Bəlkə,mən yanılıram?Yox axı.Bu yağışın qoxusudu".Təsbeh əlimdə pəncərəyə yaxınlaşdım.Yağış yağmırdı.Yerimə qayıtdım.Zikrə hazırlaşırdım ki,yenidən yağış qoxusunu hiss etdim.Ayağa qalxdım.Elə o an anladımki ,bu, Kərbəla yolunda etdiyim duanın cavabıdır.Mənə yanlız olmadığımı xatırladırdı.
Çünki dediyimiz kimi, Hüseyn təkcə bir cəbhədə döyüşmürdü, Kərbəla da yeganə döyüş meydanı deyildi. O, bir yandan Kərbəla meydanında döyüşürdüsə, bir yandan da tarix səhnəsində və dəyərlər meydanında döyüşürdü.
İndi sən – qardaşım, – özünə və öz həyatına nəzər sal. Özünü müharibə meydanında olanların yerinə qoy. Məgər görmürsən ki, bizim bu gedişatımızla ikinci belə bir hadisə baş tutsa, təbii olaraq yenə eyni nəticə ilə başa çatacaq?!
Bu hüzn bizim davranışımızda, geyimimizdə, evlərimizdə və gecələrimizdə özünü büruzə verməlidir ki, Hüseynin xatirəsi ilə yaşamış olaq. Çünki insanın özünü dəyişə bilməsi çətin işdir. Lakin Kərbəla hadisəsinin əzəmətli səhnələrini yada saldıqca, bu faciələri, bu fədakarlıqları xatırladıqca bir anın içində dəyişirsən.
Üçüncü dərəcəli düşmən: bunlar Hüseynin hədəflərini təhrif etmək, Kərbəla hadisəsini anım mərasimləri səviyyəsində dondurmaq, bunu ağlaşma, hüzn və mərsiyələrlə məhdudlaşdırmaq niyyətindədirlər.