10/10
·176 syf.··
Beğendi
·
2026 2. kitabı
Bəzi kitablar vardır, oxuduqda artıq qəlbinə, ruhuna bir məsuliyyət yüklənəcəyini hiss edərsən.Bu kitabı bağlayanda məndə qalan hiss yalnız bir kitab oxumuş olmaq deyildi. Elə bil İmam Hüseynlə (ə) yenidən tanış oldum. Amma bu tanışlıq mərsiyələrin, alışdığımız kədərin içindən deyil, şüurlu bir baxışın, məsuliyyətli bir iman anlayışının içindən gəldi. Musa Sədr bu əsərdə Hüseyni (ə) ağlamaq üçün yox, anlamaq üçün təqdim edir. Kitabın ilk səhifələrindən hiss olunur ki, müəllif Hüseyni (ə) tarixdə donmuş bir şəxsiyyət kimi deyil, davam edən bir missiya kimi görür. “Peyğəmbərin varisi” ifadəsi burada yalnız nəsəb mənasında işlədilmir. Musa Sədr açıq şəkildə göstərir ki, Hüseyn (ə) Peyğəmbərin (s) ruhunun, yolunun və cəmiyyət quruculuğu anlayışının varisidir. Yəni Hüseyn (ə) Peyğəmbərdən sonra sadəcə imam olmadı, Peyğəmbərin yarımçıq qoymadığı, amma təhlükə altına düşən dəyərləri canı ilə qorudu. Kitabı oxuduqca Hüseynin (ə) qiyamına baxışım dəyişdi. Bu qiyam nə ani emosional etiraz idi, nə də məğlubiyyətlə nəticələnmiş bir hərəkət. Musa Sədr Hüseynin (ə) qiyamını şüurlu, planlı və nəticəsi gələcək nəsillərə hesablanmış bir dirəniş kimi izah edir. Burada Hüseyn (ə) “ölümü seçən” deyil, ölümü zülm qarşısında silaha çevirən bir rəhbərdir. Müəllifin ən təsirli cəhətlərindən biri Hüseyni (ə) yalnız dini fiqur kimi məhdudlaşdırmamasıdır. Kitabı oxuyarkən anlayırsan ki, Musa Sədr üçün Hüseyn (ə) — ədalət anlayışıdır, insan ləyaqətidir, susmamağın adıdır. O, Hüseynin (ə) susmamasını təkcə Yezidə qarşı çıxmaq kimi yox, hər dövrdə haqsızlığa qarşı mövqe almaq zərurəti kimi təqdim edir. Bu məqamda kitab səssizcə oxucunu sual qarşısında qoyur: “Bəs sən hansı Hüseyn yolundasan?” Əsərdə diqqətimi çəkən başqa bir məqam da Hüseyn (ə) ilə cəmiyyət arasındakı əlaqənin qurulmasıdır.
Peyğəmbərlərin Varisi HüseynMusa es-Sadr · Parlaq İmzalar · 201929 okunma
Puan vermedi·144 syf.··
2025 19. kitabı
Bismillah. Danabaş Kəndinin Əhvalatları Celil Memmedguluzade SPOİLER (ÜRƏYİM ÇOX DOLUDUR) Demək... Əsəri oxuya oxuya içimdə bir qəzəb burulğanı baş qaldırdı ki,gəl görəsən. Ağlamaq hissi və qəzəb qarışıb bir-birinə, heç biri də gün üzünə çıxmır,vurur içimə. İlahi, zalımın zülmü ancaq vədolunmuş gələndə bitəcək... Başqa yolu yoxdur,zaman dövran dəyişib,ancaq günümüzdə də Xudayar bəy kimilər bitmir. Bu harınlamış,qeyrət yoxsulları sadəcə öz cildini dəyişib,mənliyini yox. Hələ də öz yuxarıdakı "day-day"ına arxalanan xarakterlər azalmayıb,əksinə çoxalıb. Adamı ən çox yandıran isə bu məxluq bu qədər qələt edir,sonra gedib dəstəmaz alıb namaz qılır. Adam yanmasın,neyləsin? Ay sənə qıldığın namaz qənim olsun,bu namaz sənə deyib ki, başqasının namusuna göz dik,ya özündən 30-40 yaş balaca qızla evlən,ya da camaatın sərvətini talan edib haqqına gir,və yaxud da saxta işlər görüb rüşvət ver? Məhəmmədhəsən əmi... Günümüzdə də olan o saflığını,təmizliyini qorumuş kişilərdəndir ki,bəzən saflıqları onların başına iş açır, haqqını tələb eləməyə imkan vermir. Bu kişinin ağlaya ağlaya Hz. Abbasa məktub verməsi səhnəsindən gözlərim doldu,boşaldı. Necə də ağır səhnə idi. Yazıq kişinin bir Kərbəla arzusu var idi,ona da imkan vermədilər. Zeynəb... Yazıq,cahil deyə bilməyəcəyim qədər ağıllı,mərd, cəsur, ancaq güclü deyə bilməyəcəyim qədər də hüququ əlindən alınmış və tənha qadın idi. Zeynəb haram çörək də yedirməmişdi ki,onun oğlu belə bişərəf oldu,onun həyatında belə axmaq övlad oldu. Əgər oğlu bu qədər axmaq,zavallı və bişərəf olmasaydı,heç Zeynəb Xudayar bəylə evlənməli olmayacaqdı,heç onun tələsinə də düşməyəcəkdi. Burada qadın hüquqsuzluğuna zəmin yaradan,mənə görə,o vəfasız, düşüncəsiz övlad oldu.İnsanın hüququ olmasa belə,bir dayağı,bir güvənəcəyi adamı olar,Zeynəbdə o da yox idi. __Bütün günahlar
Danabaş Kəndinin ƏhvalatlarıCelil Memmedguluzade · Qanun Nəşriyyatı · 2019908 okunma
Her çiçeğin bir mevsimi, her kitabın bir zamanı vardır. Haziranın tadını yeni hikâyelerle çıkarın.
Puan vermedi·384 syf.··
2023 28. kitabı
·
1 saatte okudu
·
Okunma: 04 Mart 2023 00:00
Hicri 61-ci (miladi 680-ci) ildə məhərrəm ayının 10-da Kərbəlada baş vermiş faciə ərəb və fars ədəbiyyatları ilə yanaşı türk ədəbiyyatında da məqtəllər üçün dəyişməz mövzu olmuşdur. Dahi Füzulinin "Hədiqətüs-süəda”sı da ("Xoşbəxtlər bağçası") qanın qılınca qalib gəldiyi bu tarixi hadisə ilə bağlı yazılmışdır. İlk dəfə 1845-ci ildə Qahirədə çap edilmiş əsərin Füzuli həyatda ikən köçürülmüş nüsxəsindən (Konya, h.954) tutmuş yaşadığımız dövrədək yazılmış 300-ə yaxın əlyazma nüsxəsi məlumdur. Azərbaycan bədii nəsrinin ən klassik örnəyi sayılan əsər müəllifin dini düşüncə, iman və əqidə duyğularının bədii əksi baxımından çox səciyyəvidir. Dərd əlindən ürəyi çatlayan insanı ovunduraraq ona mənəvi qida verən Kərbəla hadisəsini qələmə almağı şərəf işi sayan, buna milli-dini borc kimi baxan mütəfəkkir Füzuliyə "Hədiqətüs-süəda”nı yaratmaqda yaşadığı mühitin də böyük təsiri olmuşdur. Əsərdə əksini tapan şəhidlik eşqi, məslək və etiqad yolunda mübarizə motivi hər zaman yenidir. İnsanın mənəvi və cismani köləliyə üsyanı, etirazı və bu yolda hətta öz həyatını qurban verməsi ən yüksək və şərəfli insanlıq amili kimi göstərilir. Həmin əqidə və məslək döyüşü ona görə yaşarıdır ki, əsasında mənəvi paklıq, ruhi müqəddəslik, insani gözəllik və əzəmət var.
Əsərləri - VI CildFuzuli · Şərq-Qərb Nəşriyyatı · 20056 okunma
Puan vermedi·144 syf.··
2025 36. kitabı
"Danabaş kəndinin əhvalatları" Mirzə Cəlil yaradıcılığı üçün "başyapıt" deyilə biləcək əsərlərdəndir. Məncə, bu povest, bir də "Ölülər" olmasaydı, onun yaradıcılığı bu qədər zəngin, bu qədər fərqli görünməzdi gözümə. Mirzə Cəlilin əsərlərinin əsas xüsusiyyətlərindən biri rastlaşdığı, canlı olaraq şahidi olduğu hadisələri yazıda ifadə etməsidir. Adam görüb nələrisə və bunları əsərə çevirib. "Danabaş kəndinin əhvalatları" böyük bir toplumun vəziyyətinin əslində kiçikçaplı fraqmentidir. İstər ordakı obrazlardan Zeynəb olsun, istər Xudayar bəy olsun, istər Məhəmmədhəsən əmi olsun istərsə də, digərləri olsun, hamısının həyatı, yaşamı, düşüncəsi gerçək bir toplumun bədii əsərdə ümumiləşmiş şəkildə təsvir olunmasıdır əslində. Əsəri oxumağa başlayanda Mirzə Cəlil üslubunu o dəqiqə hiss edirsən. Kimin yazdığını bilməsən belə oxumağa başlayanda ilk ağlına gələn müəllif Mirzə Cəlil olur. Öxünəməxsusluğu diqqət çəkir. O, bu əsərdə xalq danışıq sözlərindən, gündəlik işlədilən ifadələrdən bolluca istifadə edib. Başqa necə olmalı idi ki? Xalqın dilində danışan, başqa cür anlaşılmadğını görən yazıçı elə bu cür yazmalı idi də əsərini. Əsərin əsas süjet xətti mənfi, qəddar, pis obraz olan Xudayar bəyin ölmüş dostunun həyat yoldaşı olan Zeynəbi məcbur özünə almağa çalışması, digər yandan isə Məhəmmədhəsən əminin başına gələnlər üzərində qurulub. Məhəmmədhəsən əminin faciəsi əsərin əsas süjet xəttini əhatə edir. O daxilən çox saf, yaxşı, imanlı bir insandır və tipik Azərbaycan kəndlisinin simasıdır. İllərdir Kərbəla arzusu ilə yaşayan, nəhayət, ömründə bir dəfə bunun üçün əlinə şans düşmüş Məhəmmədhəsən əmiyə bu şans da çox görülür. Güc-bəla ilə aldığı eşşəyə görə onun başı nə bəlalar çəkmir ki. "Qəm pəncərəsi"ni izləyəndə də çox pis olmuşdum onun faciəsinə, əsəri oxuyanda bir daha
Edebiyat
Danabaş Kəndinin ƏhvalatlarıCelil Memmedguluzade · Qanun Nəşriyyatı · 2019908 okunma
Puan vermedi·400 syf.··
2023 28. kitabı
·
1 saatte okudu
·
Okunma: 04 Mart 2023 00:00
Azərbaycan-türk şerinin tacidarı Məhəmməd Füzuli Şərq xalqlarının ədəbiyyatına qüvvətli təsir göstərən dahi bir sənətkardır. Xaqani, Nizami, Rumi, Nəsimi, Yunus Əmrə, Nəvai kimi ölməz şairlər sırasında əzəmətlə dayanan Füzulinin şerimizdə yeri ucalardan ucadır. Yaxın və Orta Şərq ölkələrinin heç birində ondan sonra onun səviyyəsində şair yetişməmişdir. Bu gün də şerin dan yerində Füzuli ahından əbədi şam yanır!.. Əsil şairlər hələ də ilham çırağını bu ahın, bu şamın odundan yandırırlar. Füzulinin adı da ilahi haləyə bürünən və İslamda müqəddəs sayılan imzadan götürülübdür - Məhəmməd; hətta doğulduğu yer dünyada ən böyük ziyarət ünvanlarından biridir - Kərbəla. Qəbri də İmam Hüseyn türbəsindədi... Eşq beşiyində paklıqla tərbiyələnən, sözün fəlsəfi mənasında məhəbbət və dinin, dünya miqyasında bənzərsiz bir eşq təliminin banisi - filosofu və şairi olan Füzuli bütün dövrlərin ən böyük "aşiq"idir... "Əsərləri"nin təqdim olunan birinci cildi XVI əsrin bütün Yaxın və Orta Şərqində bədii ənənədə təşəkkül tapan ümumi, vahid türk dili məkanının bu böyük müəllifinin azərbaycanca olan lirik irsini əhatə edir. Füzuli ana dilində yaratmış olduğu bu "Divan" boyu şairliyindən yox, aşiqliyindən bəhs açır, böyük sələflərini şairlərin deyil, aşiqlərin arasında tapır...
Əsərləri - I CildFuzuli · Şərq-Qərb Nəşriyyatı · 200519 okunma
Rəhimpur Əzğədi "Qırmızı Ağıl"
10/10
·144 syf.·
2024 13. kitabı
Rəhimpur Əzğədi "Qırmızı Ağıl" kitabında İslam Tarixinin ən böyük hadisələrindən biri olan və bizlərin fikrincə dinin dönüm nöqtəsi olan Kərbəla Hadisəsini tarixi-ictimai prosessləri ələ alaraq analiz edir. Əzğədi göstərir ki,Kərbəla birdən birə olmayıb o Əbü Süfyanın oğlu Muaviyənin dövründən etibarən əsasının qoyulduğunu , Bədr döyüşündə yenilən ümmətin , Sıffeyndə intiqamını aldığını , Muaviyənin Hz.Əliyə qarşı düşmənçiliyini və Hz.Əli İslamınının , dövlət modelinin , dövlət anlayışının necə Muaviyənin İslamı ilə qarşı qarşıya olduğunu göstərir. Vaxt keçir bu qarşı durmanı İmam Huseyn və Yezid qarşıdurması əvəzləyir. Yenədə iki İslam var.Birinci İslam Hz.Məhəmməd (s.a.v) , Hz.Əli , İmam Həsən , İmam Huseynin təbliğ etdiyi , qəbul etdiyi həqiqi İslamdır.Bu həqiqi İslamda güclü zəifi əzmir ona dəstək olur , yoxsullara hər daim qayğı göstərilir , qarşılıq gözləmədən Allah üçün mallarından onlara verilir , haqsızlığa , əzənə , haram qazancdan alınan mala mülkə , daşa qaşa qarşı çıxılır , pislənir.Bu İslamda Hz.Əli beytülmaldan keçici olaraq bir səfərliyinə , qarşılığı ödənilib , zəmanəti verilərək bütün hüquqi normalara uyğun şəkildə götürdüyü boyunluq üçün "Başqa qadınlar belə bir boyunluq taxır mı ? Xəlifə qızı olman sənə bu imtiyazı vermir" deyərək danlayır. Bu İslamda İmam Huseynin yoxsullara gecə ikən götürdüyü ərzaq kisələrinin kəndiri onun kürəyində qalıcı izlər buraxır. Fəqət Muaviyənin İslamında bunlara əhəmiyyət qoyulmur , sadəcə xilafət mərkəzli düşünülür və mal mülk üçün çalışılır üstəlik qarşı çıxana da "ixtilafçı" damğası vurularaq sakitcə ibadət etmələri buyrulur... Kərbəla da Əzğədinin qələmi ilə bu həqiqi İslamın yaşaması üçün İmam Huseynin şəhadət qanı ilə yazılan bir tarix , bir fəlsəfə idi. Onlar öz qanlarını müsəlmanların üzlərinə sərpərək onları
Qırmızı AğılHassan Rahimpour Azghadi · Parlaq İmzalar · 027 okunma